Kaliumlu-natriumlu çöl şpatları

Vikipediya, azad ensiklopediya
IbrZulya (müzakirə | töhfələr) (Kateqoriya:Minerallar əlavə olundu HotCat) tərəfindən edilmiş 12:33, 26 may 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kaliumlu - natriumlu çöl şpatları● ● ● ● ●
Ümumi məlumatlar
Kateqoriya Mineral

Kaliumlu - natriumlu çöl şpatları● ● ● ● ● - triklinik sinqoniya (mikroklin, anortoklaz), monoklinik sinqoniya (sanidin, ortoklaz)

mikroklin – K [AlSi3O8]; ortoklaz –K [AlSi3O8];

sanidin – (K, Na) [AlSi3O8]; anortoklaz – (Na, K) [AlSi3O8]


Növ müxtəliflikləri

Adulyar – rəngsiz, şəffaf ortoklaz, bəzən opalestsentsiya edir; amazonit – yaşıl mikroklin; qialofan – bariumlu ortoklaz, bariumlu (5%-dək BaO) və natriumlu (4,92% Na) sanidinlər və b. Göstərilən minerallar (Na, K) [AlSi3O8] tərkibli, yalnız yüksək temperaturda dayanıqlı olan homogen bərk məhlulun parçalanma məhsuludur. Temperatur aşağı düşdükdə bu bərk məhlul K [AlSi3O8] – (ortoklaz və ya mikroklinə) və Na [AlSi3O8] (albitə) parçalanır və qanunauyğun pertit (albit ortoklazda) və antipertit (ortoklaz albitdə) bitişikləri əmələ gəlir.

Xassələri

R – açıq-çəhrayı, boz, sarımtıl, yaşılımtıl, bəzən tünd-yaşıl, qəhvəyi, qara, rəngsiz; C – ağ; P – şüşə, ayrılma müstəvilərində – sədəfi; Ş – şəffafdan qeyri-şəffafadək; SX – 2,6; S – 6; Kövrəkdir; AR – {001} və {010} üzrə mükəmməl; SN – qeyri-hamar, bəzən qabıqlı; BX – opalestsenstiya (adulyar); M – XX: qısaprizmatik, lövhəvari; peqmatitlərin mikroklini üçün ölçüləri bir neçə metrə çatan olduqca iri kristallar səciyyəvidir; İ: tez-tez rast gəlir; sadə və polisintetik; karlsbad, manebax, baven və periklin qanunları üzrə; eyni zamanda iki qanun üzrə təzahür edən mürəkkəb ikiləşmələr mikroklin üçün səciyyəvi olub, mikroklin qəfəsinin yaranmasına səbəb olur; A: dənəvər kütlələr, püruzlar, mikroklinin kvarsla özünəməxsus qrafik bitişikləri («yəhudi daşı» və ya «yazılı qranit»).

Mənşəyi və yayılması

Ortoklaz və mikroklin turş və qələvi intruziv, sanidin və anortoklaz isə effuziv süxurların süxurəmələgətirən minerallarıdır. Mikroklin qranit peqmatitlərinin tipik mineralıdır. Qələvi çöl şpatlarının hidrotermal əmələgəlmələri damarətrafı dəyişilmiş silikat süxurları ilə əlaqədardır. Ortoklaz və mikroklin çox vaxt metamorfik proseslər nəticəsində əmələ gəlir və kristallik şistlərdə və qneyslərdə qeyd edilir. Plagioklazlara alp tipli damarlarda və autigen mineral kimi çökmə süxurlarda da rast gəlinir. Ay süxurlarında və meteoritlərdə qələvi çöl şpatlarının nadir tapıntıları aşkar edilmişdir. BR: kvars, muskovit, biotit, xlorit, oliqoklaz, albit, andezin, nefelin, turmalin, hornblend. Y: çoxsaylıdır.

Tətbiqi

Keramika və şüşə sənayesində, təbabətdə (süni çini dişlərin hazırlanmasında) istifadə edilir. Amazonit yarımqiymətli daş kimi zərgərlikdə, anortoklaz üzlük material kimi tikintidə işlədilir.

Mənbə

"Azərbaycan mineralları" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2004