Əlahiddə Ümumqoşun Ordu

Vikipediya saytından
Caspianman (müzakirə | töhfələr) (Yeni səhifə: thumb == Tarix == Naxçıvanda Azərbaycan milli ordusunun yaradılmasına ötən əsrin 90-cı illərində Azərbaycan xalqının ümummill...) tərəfindən edilmiş 20:39, 28 iyun 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Tarix

Naxçıvanda Azərbaycan milli ordusunun yaradılmasına ötən əsrin 90-cı illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi ­ 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın ­ 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir. Həmin ilin oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilmişdir. Sonralar bu əsasda Azərbaycan Ordusunun V Ordu Korpusu yaradılmışdır.[1]

Əlahiddə ümumqoşun ordusunun təşkili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılmışdır.

İstinadlar

  1. http://www.serqqapisi.az/index.php/ictimai-siaysi/13070-ordumuz-gurur-maenbaeyimizdir