Nəqliyyatda tələbin idarə edilməsi

Vikipediya saytından
Yusifbəyli (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:42, 11 iyul 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Nəqliyyatda tələbin idarə edilməsi

Nəqliyyat və tıxac planlaması baxımından tələbin idarə edilməsi (Təklifin tələb yaratması) - Dünyanın bir çox ölkələrinin əhalisinin artması, nəqliyyat vasitələri saylarında, sərnişin və yük daşımacılığnda və bunlara əlavə olaraq qloballaşmanın sürətlə artması səfərlərə olan tələbə təsir etməkdədir və bütün bu hadisələr insanların ev ilə iş yerləri arasında seçim etdikləri nəqliyyat seçənəklərini və yük daşımacılığı seçənəklərini də dəyişdirir[1]. Nəqliyyat ilə əlaqədar problemlər çox vaxt iqtisadi baxımdan yüksək xərclərə səbəb olur. Səfərlərə olan tələbin ödənilməsi, nəqliyyat(çatdırılma) və nəqliyyatda çatdırılma ilə əlaqədar imkanları(xərcləri) artırılmadan səfərlərə (yolculuğa) olan tələbi azaldaraq və yaxud məhdudlaşdıraraq həll etməyi qarşısına məqsəd qoyan planlamadır. Nəqliyyat problemlərini və tıxacların həll edilməsində bahalı investisiyalar etməkdən aradan qaldırılması səfər vərdişlərinin dəyişdirilməsini hədəfləməkdədir. Bununla bərabər bütün nəqliyyat problemlərini və nəqliyyat tıxanıqlığının aradan qaldırılmasında hər dərdə dərman olamasa da olduqca təsirli bir strateji planlaşdırma hesab olunur[2]. Nəqliyyat xidmətlərində ənənəvi olaraq təklif yönümlü həll istiqamətlərinə daha çox yer verilir və bu istiqamətdə nəqliyyatın imkanlarını (tutumunu, həcmini) artıracaq işlər görülür. Beləliklə nəqliyyat xidmətlərinin göstərilməsində ənənəvi olan təklif istiqamətli həll üsulları zaman keçdikcə yetərsiz qaldığından, problemin tələb baxımından ələ alınmasına səbəb olmuşdur və bu istiqamətdə nəqliyyatda tələbin idarə edilməsi məsələsi ortaya çıxmışdır.

Tədbirlər

  • Fiziki yaxşılaşdırma tədbirləri
  • Hüquqi siyasət
  • İqtisadi siyasət
  • Bilgiləndirmə və təhsil tədbirləri

İstinadlar

  1. Giuliano ve Wachs, 1991: 1
  2. Burak KOZALI "Ulaşımda Talep Odaklı Yaklaşım: Yolculuk Talep Yönetimi" Journal of Life Economics (JLECON) (Vol.1, No. 1),1/2014 , səh.57-68