Gündönümü

Vikipediya, azad ensiklopediya
Zuleyxa Eyyubova (müzakirə | töhfələr) (Yeni səhifə: == Yay gündönümü == Günəşin ekliptikada 22 iyundakı vəziyyətidir. Bu zaman Günəş ekvatordan şimala doğru ən çox meyil edir (Günəşin meyli 23,5°-yə bərabər o...) tərəfindən edilmiş 10:25, 14 iyul 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Yay gündönümü

Günəşin ekliptikada 22 iyundakı vəziyyətidir. Bu zaman Günəş ekvatordan şimala doğru ən çox meyil edir (Günəşin meyli 23,5°-yə bərabər olur). Şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecə olur. Yay gündönümdən sonra Günəş illik hərəkətində göy qübbəsi üzrə yenə ekvatora yaxınlaşır, payız gecə-gündüz bərabərliyində isə ona çatır.

Qış gündönümü

Günəşin ekliptikada 22 dekabr vəziyyətidir. Bu zaman Günəş ekvatordan cənuba doğru ən çox meyil edir (Günəşin meyli 23,5°-yə bərabər olur). Cənub yarımkürəsində ən uzun gündüz və ən qısa gecə olur. Qış gündönümdən sonra Günəş illik hərəkətində göy qübbəsi üzrə yenə ekvatora yaxınlaşır, yaz gecə-gündüz bərabərliyində isə ona çatır.

Xarici keçidlər

Həmçinin bax

İstinadlar