Frenk Lempardın İngiltərə milli komandasında çıxışı

Vikipediya saytından
Kamal.Sz (müzakirə | töhfələr) tərəfindən edilmiş 09:25, 30 iyul 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Frenk Lempardın İngiltərə milli komandasında debütü 1997-ci ildə U-21 yaşlı İngiltərə milli komandasında Yunanıstan millisinə qarşı olmuşdur. O U-21-in tərkibində 1997-ci ilin noyabr ayından 2001-ci ilin iyun ayınadək 19 matçda meydana çıxdı və 9 qola imza atdı. Daha sonra isə 1 matçda 1998-ci ilin fevral ayında İngiltərə B komandasının tərkibində Çili yığmasına qarşı oyun keçirdi və matç ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatdı.

Lempard İngiltərə milli futbol komandasının tərkibində ilk matçına 1999-cu ildə yoldaşlıq oyunu çərçivəsində Belçika yığmasına qarşı keçirilən matçda çıxdı və millinin tərkibində ilk qolunu 2003-cü ildə Xorvatiya millisinə qarşı keçirdi. Bu matçın yekununda İngiltərə yığması 3-1 hesablı qələbəyə sevinmişdir. Lempard İngiltərə milli futbol komandasının tərkibində 2013-cü ildə Ukrayna millisinə qarşı oynadığı görüşdə millinin heyətində 100 oyunluq səddi keçmiş səkkizinci futbolçu olmuşdur.

Avro 2004

O UEFA Avro 2000 və 2002 FİFA Dünya Kuboku turnirlərində milli komandanın tərkibinə salınmamışdır və UEFA Avro 2004-də iştirak edə bilmək üçün imkan gözləyirdi. Lempardın çıxış etdiyi İngiltərə yığması turnirin 1/4 final mərhələsinə kimi gəldi və Lempard bura qədər artıq 3 dəfə fərqlənə bilmişdir. O qrup oyunlarında Fransa və Xorvatiya milli komandalarının qapısından topu keçirmiş və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı oynanılan matçın 112-ci dəqiqəsində turnirdə özünün üçüncü qoluna imza atmaqla matda hesabı 2-2 etmiş lakin penaltilər seriyasında İngiltərə millisi məğlub olmuşdur. Turnirin sonunda isə o UEFA-nın tərtib etdiyi ilk onbirlikdə yer almışdır

Avro 2004 sonrası

Pol Skolz yığmada çıxışını başa vurduğunu elan etdikdən sonra Lempard komandanın daimi oyunçularından biri olmuşdur. Nəticədə 2004 və 2005-ci illərdə o azərkeşlər tərəfindən İngiltərə ilin futbolçusu seçilmişdir. 2006-cı il FİFA Dünya Kuboku təsnifat mərhələsində Lempard 5 qol ilə millinin bombardiri oldu

2006 Dünya Kuboku

Turnirdə ilk rəqibləri olan Paraqvay üzərində 1-0 hesablı qələbə qazanmış İngiltərə yığmasının tərkibindən Frenk Lempard matçın adamı elan olundu. Turnirin bütün matçlarında forma geyməsinə rəğmən Lempard turniri qolsuz başa çatdı və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı keçirilən penaltilər seriyasında İngiltərə millisi məğlub olmuşdur.