Başqırd döyüşçüləri abidəsi

Vikipediya saytından
Elnur Neciyev (müzakirə | töhfələr) (Yeni səhifə: {{İş gedir}} '''Başqırd döyüşçüləri abidəsi''' – Almaniyanın Drezden şəhərində Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında...) tərəfindən edilmiş 13:16, 22 sentyabr 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Başqırd döyüşçüləri abidəsiAlmaniyanın Drezden şəhərində Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında döyüşmüş başqırd döyüşçüləri xatirəsinə qoyulmuş abidə. Drezden yaxınlığındakı döyüşə həsr olunmuş abidə. Abidə təxminən 80 santimetr hündürlükdə qaya parçası formasından və ona bərkidilmiş tunc lövhəcikdən ibarətdir. Tunc lövhəcikdə ox və kamanla silahlandırılmış və at çapan başqırd döyüşçüsü təsvir edilmişdir.

Lövhəcikdəki mətndə almanca, başqırdca və rusca belə qeyd olunub: "1813-cü ildə Drezden yaxınlığında döyüşdə Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında xidmət edən başqırd xalqının oğullarının xatirəsinə". Abidə 26 avqust 2006-cı il tarixində Leypsiq yaxınlığındakı döyüşün 190 illiyi şərəfinə qoyulub. Abidə İrek Bayşevin və məşhur alman rejissor və jurnalist Nasur Yuruşbayevin şəxsi vəsaiti hesabına yaradılıb. 1812-ci il vətən müharibəsində və rus ordusunun 1813-1814-cü illərdə sərhəddən kənar yürüşlərində 28 başqırd alay iştirak edib.

Birinci başqırd alay Drezden şəhəri yaxınlığında 1813-cü ilin martın 2-də, 4-cü və 5-ci başqırd alayları isə 1813-cü ilin sentyabr və noyabr aylarında baş verən döyüşlərdə iştirak etmişdir.