Bakı Televiziya Qülləsi

Vikipediya, azad ensiklopediya
Azerifactory (müzakirə | töhfələr) tərəfindən edilmiş 03:25, 25 sentyabr 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Bakı Televiziya Qülləsi və ya Bakı teleqülləsi
rus. Бакинская телебашня
Xəritə
40°21′05″ şm. e. 49°49′24″ ş. u.
Ölkə
Tikilmə tarixi 1979-1996
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakı Televiziya Qülləsi - 1996-cı ildə Bakı şəhərində inşa olunmuş televiziya qülləsi. Qüllənin hündürlüyü 310 metrdir. Bu , Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 34-cü Televiziya Qülləsidir.

Kompleks SSRİ Nazirlər Sovetinin qərarına və Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələşdirilmişdir. Tikinti işləri 1979-cu ildə başlamışdır. Layihə hesablamalarına görə tikinti işləri 1985-ci ildə tamamlanmalı idi. Lakin müəyyən səbəblər üzündən tikinti işləri dayandırılmışdı. Qüllənin tikintisi yenidən 1993-cü, yəni artıq müstəqillik dövründə başlanmışdır və 1996-ci ildə kompleksin rəsmi açılışı mərasimi keçirilmişdir.

Teleqüllədə 2008-ci ildə yenidənqurma işləri aparılıb, 175 metr yüksəklikdə (67-ci mərtəbədə) şəhərin gözəl mənzərəsinə baxmağa imkan verən və dövr edən restoran açılmışdır.

İstinadlar