Adi daşsarmaşığı

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 01:03, 8 oktyabr 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Adi daşsarmaşığı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Adi daşsarmaşığı
Beynəlxalq elmi adı

Ümumi yayılması:

Avropa ölkələri Rusiyanın Avropa hissəsi, Kalinin¬qrad vilayəti, Baltikyanı ölkələr, Belarus, Ukrayna, Gürcüstan, Ermənistan, Kiçik Asiya və Şimali Amerikada təbii arealı vardır.

Azərbaycanda yayılması:

Lənkəran, Astara, Quba, Qusar rayоnları ərazilərində təbii halda yayılmışdır.

Statusu:

Azərbaycanın nadir bitkilərindəndir. NE.

Bitdiyi yer:

Əsasən kölgəli meşələrdə rast gəlinir.

Təbii ehtiyatı:

Azərbaycanda təbii ehtiyatı çox deyildir.

Biоlоji хüsusiyyətləri:

Adi daşsarmaşığı həmişəyaşıl lian olub 20 m yük¬səkliyə qalxa bilir. Kölgəyədavamlıdır, mezofitdir. Əsasən fıstıq meş¬ələrində yayılmışdır. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürək¬kəb olub, qalın dərivarıdır. Bitkinin yarpaqları tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütöv¬dür. Çiçəkləri qalxanvarı çətirdə, başlıqda və ya salxımda yerləşir və beş üzvlüdür. Çiçəkdə ləçəklər beş dənədir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir.

Çохalması:

Generativ və əsasən vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri:

Başlıca оlaraq insan fəaliy¬yətidir.

Becərilməsi:

Mədəni halda park və bağçalarda rast gəlinir.

Qəbul edilmiş qоruma tədbirləri:

Bəzi Milli Park və Dövlət qoruqlarında qorunur.

Zəruri qоruma tədbirləri:

Azərbaycanın “Qırmızı Kitab”ına salınması tövsiyə edilir.

Mənbə

  • Деревья и кустарники СССР. т.5. 1960;
  • Флора Азербайджана. т.6. 1955;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Azər¬baycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, repro¬duk¬siyasının və repatriasiyasının elmi əsasları. b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011.

Məlumat mənbələri

"Azərbaycanın Nadir Ağac və kol bitkiləri" kitabında[2] Azərbaycan florasında təbii halda yayılmış 42 fəsilə 71 cinsə aid 198 növ nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkiləri haqda məlumat verilmişdir. Əsər ərsəyə gəlməmişdən öncə coxillik ekispedisiyalar, ezamiyyələr və təqdimatlar nəticəsində təqdiqat materiallarına aid növlərin təbii yayıldıqları areallarda monitorinqlər aparılmış və populyasiyalarda fərdlərin yayılışı öyrənilmişdir. Aparılan birbaşa müşahidələr nəticəsində məlum olmuşdur ki, kitabda verilən növlərin əksəriyyətinin arealları əvvəlki illərə nisbətən cox kicilmiş və bəzilərinin genefondu təhlükə ilə üz- üzə gəlmişdir. Bu baxımdan öyrənilən bitkilərin areallarının kicilmə səbəbi öyrənilmiş, həmin bitkilərin ƏMBMİ- nın (İUCN) 3.1 versiyasına əsasən onların təhlükə meyarları müəyyən edilmişdirşdir. Bundan əlavə kitabda verilmiş növlərin arealları, bioloji xüsusiyyətləri, ehtiyatı, təbii ehtiyatın dəyişmə səbəbləri və qoruma tədbirləri haqda məlumatlar verilmişdir.Əsərdə Azərbaycanın “Qırmızı kitabı”na salınması tövsiyyə edilmişdir. Fikrimizə oxuculara təqdim olunan bu kitab, az da olsa vətəndaşlarımıza ölkəmizdə ekoloji tarzlığın saxlanılması və nadir incilərimizin tanınması və mühafizə edilməsi baxımdan öz töhvəsini verəcək və marifləndirəcəkdir.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 202.
  2. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.