Hava kəşfiyyatı

Vikipediya saytından
T.Z.Feride (müzakirə | töhfələr) (Yeni səhifə: == Atmosferin tədqiqat metodları == Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi,...) tərəfindən edilmiş 12:03, 30 oktyabr 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer, gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur. Atmosferin yuxarı qatları qısa dalğaları qaytardığına görə uzaq məsafələrlə radio rabitəsi yaratmaqda əsas rol oynayır. Atmosferin quruluşu və fiziki xüsusiyyətləri haqqında məlumatlar almaq üçün 2 tədqiqat metodundan istifadə olunur.[1]

  1. birbaşa metod
  2. dolayı metod

Atmosfer və hava haqqında faktiki məlumatlar müşahidə yolu ilə alınır. Müşahidələrin nəticələrinin təhlili isə öyrənilən atmosfer hadisələri arasındakı əlaqələrin səbəblərinin araşdırılması ucun bir vasitədir. Atmosferdə fiziki proseslərin öyrənilməsində bir neçə üsullardan istifadə olunur. Bunlardan biri də Fiziki-riyazi təhlil üsuldur. [2]

Aviasiya kəşfiyyatı üsulu

Aviasiya (hava) kəşfiyyatı üsulu ilə müəyyən ərazi üzərində verilən vaxt intervalında hava şəraiti üzərində vizual və instrumental müşahidə aparmaq mümkündür.[3]

Həmçinin bax

Atmosferin tədqiqat metodları,Meteorololji müşahidə üsulFiziki-riyazi təhlil üsulu

Xarici keçidlər

SİNOPTİK METEOROLOGİYA

İstinadlar

  1. Q.K.Gül “Meteorologiya və iqlimşünaslıq” BAKI-1960
  2. Монин А.С. Введение в теорию климата. Л.1982-246с
  3. Хргиан А.А. Физика атмосферы. М. 1986-328 с