Nizami-cədid

Vikipediya saytından
Rəşid Nurməmmədov (müzakirə | töhfələr) (Yeni səhifə: Nizami-cədid - XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Osmanlı imperiyasında Avropa dövlətlərinin (ilk növbədə Rusiya imperiyasının) artan təsirlərinə qarş...) tərəfindən edilmiş 07:46, 21 noyabr 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Nizami-cədid - XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Osmanlı imperiyasında Avropa dövlətlərinin (ilk növbədə Rusiya imperiyasının) artan təsirlərinə qarşı Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ordu quruculuğu, yeni vergilərin müəyyənləşdirilməsi, dövlət idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mərkəzi hakimiyyətlə regionlar arasında səlahiyyətlərin dəqiqləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər seriyası[1]. Bu sahədə ilk islahatlar III Səlim tərəfindən həyata keçirilməyə başlamışdır. Qarşıya qoyulan əsas məqsəd Avropa tipli ordu quruculuğuna nail olmaq idi.

İstinadlar

  1. Amira K. Bennison, "Muslim Universalism and Western Globalization," in Globalization in World History, ed. A.G. Hopkins, p. 89.