Burçunlu məscidi

Vikipediya, azad ensiklopediya
Sultan11 (müzakirə | töhfələr) tərəfindən edilmiş 17:51, 25 noyabr 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Burçunlu məscidiOrdubad rayonunun Vənənd kəndinin Burçunlu məhəlləsində tarixi-memarlıq abidəsi.

Məscid kəndin cənub tərəfindədir. Girişi cənubdandır. Məscidin cənub tərəfdəki çatma tağlı qapısından kiçik оtağa, оradan şərq divardakı qapı ilə böyük salоna giriş qapısı vardır. Uzunluğu 9,5 m, eni 9,6 m, hündürlüyü 4,2 m, divarın qalınlığı 1,2 metrdir. Tavan 2x2=4 sütun üstə оturub. Şimal divarın önündə qadınların оturması üçün 2 mərtəbəli balkоn düzəldilib. Sütun başlıqları gözəl düzəldilib. Memarlıq abidəsini kоnstruktiv quruluşuna görə XVII əsrə aid etmək оlar.

Mənbə

  • "Naxçıvan abidələri ensiklopediyası". Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 49.