Patrona Xəlil

Vikipediya saytından
Mr rqasimzade (müzakirə | töhfələr) (Mr rqasimzade Patron Xəlil səhifəsinin adını Patrona Xəlil olaraq dəyişdi.: Peşəsi ilə bağlı olduğu üçün) tərəfindən edilmiş 14:28, 23 yanvar 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Patron Xəlilin Jan Babtist Van Mor tərəfindən cəkilən portreti

Patron Xəlil (türk. Patrona Halil) - Osmanlı İmperiyasının Sultanı III Əhmədin taxtdan enməsinə səbəb olmuş, Patron Xəlil üsyanının təşkilatçısı və rəhbəri. Bu üsyanla birlikdə Lalə Dövrü başa çatmışdır.

Alban əsilli olan Horpeşteli (bu gün Orestida qəsəbəsi).

Xəlil, ləvəntlik və Rumelində yeniçərilik eləmişdi və yaxın yerliləri arasında “Patron” ləqəbi ilə bilinirdi. Patron Osmanlı donanmasında gəmilərin ikincisinə verilən addır.

Donanmada “Kapitan-I Dərya”nın işlətdiyi gəmiyə “Kapudane”, ikinci gəmiyə “Patron”, üçüncü gəmiyə “Riyalə” deyilirdi. Patron Xəlil “Patron” gəmisində bir müddət ləvəntlik elədiyi üçün bu ləqəblə bilinmişdir. İstanbulda bir hamam təllaqlığı və ya satıcılıq elədiyi də deyilmişdir. İstanbul mehmanxanalarında davam etdiyi, davamlı olaraq alkoqol qəbul etdiyi və ixtilal yandaşlarını da bu mehmanxanlarda tanıdığı bilinməkdədir. Sədrəzəm Nəvşəhirli Damad İbrahim Paşanın zövq və səfaya düşkünlüyündən əlavə olaraq yeniçərilərin uzun müddətdir maaş ala bilməməsi ordu içində hüzursuzluğa səbəb olmuşdu. “Şəriətin vacibini yerinə yetirmək” bəhanəsi ilə başladılan bu üsyanda iqtisadiyyatın pozulması, vergi yükünün artması, 12 ildir sədarətdə olan Nəvşəhirli Damad İbrahim Paşanın heyətləşməsi və buna qarşı yaranan müxalif heyətlər, əsasən tolerantlığa yönələn yeniliklər 1730-cu il Səfəvi səfərinin heç cür gerçəkləşməməsi və alınan şəhərlərin Səfəvilərə satıldığı rəvayətlərinin də qatqısı olmuşdur. Patron Xəlil özünü üsyana başçılıq etməyə çağıranların israrı ilə öncəliklə bazar işçilərinə təsir edərək bütün mağazaların tətil etməsinə səbəb olmuş, daha sonra yanına çəkdiyi yeniçərilər və bir qisim xalqın da qatılmağı ilə 28 sentyabr 1730-cu il tarixində daha sonra öz adını alacaq olan “Patron Xəlil Üsyanı”nı başlatmışdır.