Bakı Yanğın Texniki Məktəbi
Bakı Yanğın Texniki Məktəbi | |
---|---|
Əsası qoyulub | 29 may 1996 |
Şəhər | Bakı |
Bakı Yanğın Texniki Məktəbi - orta-ixtisas təhsili müəssisəsi.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxildir.
Yaranma tarixi
Respublikamız müstəqillik qazandıqdan sonra ölkəmizin yanğın təhlükəsizliyi xidmətində mühüm hadisələrdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli qərarı ilə DİN-in Yanğından Mühafizə Tədris Mərkəzinin bazasında "Yanğına qarşı mühafizənin təşkili və texnikası" ixtisası üzrə orta-ixtisas təhsili verən Bakı Yanğın Texniki Məktəbinin yaradılması oldu.Bakı Yanğın Texniki Məktəbi Azərbaycanda yanğın təhlükəsizliyi orqanları üçün kadr hazırlayan yeganə orta-ixtisas təhsil müəssisəsi idi.16 Dekabr 2005-ci ilə qədər DİN BDYTİ-nin nəzarəti altında fəaliyyətini davam etdirmişdir.Fövqəladə Hallar Nazirliyi yaradıldıqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin tabeliyinə verilmişdir.Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Azərbaycan Respublikası Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır.Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi orqanlarında Bakı Yanğın Texniki Məktəbinin yüzlərlə məzunu xidmətini davam etdirir.
İstinadlar
- 1.Bakı Yanğın Texniki Məktəbində təhsil almaq istəyən gənclər üçün imtahan keçiriləcəkdir.(15.08.2008)az.trend.az