Bakı Yanğın Texniki Məktəbi

Vikipediya saytından
Omarhuseynov (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:01, 24 aprel 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Bakı Yanğın Texniki Məktəbi
Fayl:IMG 5247.JPG
Əsası qoyulub 29 may 1996
Şəhər Bakı

Bakı Yanğın Texniki Məktəbi - orta-ixtisas təhsili müəssisəsi.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxildir.


Yaranma tarixi

Respublikamız müstəqillik qazandıqdan sonra ölkəmizin yanğın təhlükəsizliyi xidmətində mühüm hadisələrdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli qərarı ilə DİN-in Yanğından Mühafizə Tədris Mərkəzinin bazasında "Yanğına qarşı mühafizənin təşkili və texnikası" ixtisası üzrə orta-ixtisas təhsili verən Bakı Yanğın Texniki Məktəbinin yaradılması oldu.Bakı Yanğın Texniki Məktəbi Azərbaycanda yanğın təhlükəsizliyi orqanları üçün kadr hazırlayan yeganə orta-ixtisas təhsil müəssisəsi idi.16 Dekabr 2005-ci ilə qədər DİN BDYTİ-nin nəzarəti altında fəaliyyətini davam etdirmişdir.Fövqəladə Hallar Nazirliyi yaradıldıqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin tabeliyinə verilmişdir.Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Azərbaycan Respublikası Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır.Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi orqanlarında Bakı Yanğın Texniki Məktəbinin yüzlərlə məzunu xidmətini davam etdirir.

İstinadlar

  • 1.Bakı Yanğın Texniki Məktəbində təhsil almaq istəyən gənclər üçün imtahan keçiriləcəkdir.(15.08.2008)az.trend.az


Mənbə

Bakı Yanğın-Texniki məktəbinin yaradılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı