Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi

Vikipediya, azad ensiklopediya
Gulya S-va (müzakirə | töhfələr) (Yeni səhifə: '''Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi''' — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil opera-operetta artistləri truppası. == Tarixi == 1...) tərəfindən edilmiş 11:18, 1 may 2018 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil opera-operetta artistləri truppası.

Tarixi

1914-cü ildə "Nicat" cəmiyyəti ilə Üzeyir Hacıbəyli arasında "Leyli və Məcnun" operasına sahiblik barədə münaqişədən sonra Hacıbəyli qardaşları müdiriyyəti yaradılmışdı. 1916-cı il avqustun 31-dən isə Üzeyir və Zülfüqar "Hacıbəyli qardaşlarının opera-opererta artistləri dəstəsi" təşkil edilmişdi. Dəstəyə Üzeyir Hacıbəyli rəhbərlik edirdi. "Açıq söz" qəzeti bu barədə ilk xəbərində yazmışdı:

" "Üzeyir bəy Hacıbəyli tərəfindən öz təhti-idarəsində olmaq üzrə "Hacıbəyli qardaşlarının opera-operetta dəstəsi" adında bir truppa təşkil edilibdir. Məşhur artistlərimizin hamısı həmin dəstəyə daxildir. Dram artistlərindən Abbas Mirzə Şərifzadə dəxi Üzeyir bəy tərəfindən cəlb edilib, rejissorluq cəhəti ona tapşırılıbdır..."
("Açıq söz", 1916, 31 avqust)
"