Arif Qədimov

Vikipediya saytından
Sabin.K.M (müzakirə | töhfələr) (→‎Xarici keçidlər) tərəfindən edilmiş 09:37, 4 iyun 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Arif Qədimov Firudin oğlu(1940-cı il avqustun 1-i Naxçıvan şəhərində anadan olmuşdur.) — tərtibatçı rəssam. 1989-cu ildə Naxçıvan Muxtar Respublika və 1999-cı ildə Azərbaycan Respiblikası əmakdar mədəniyyət işçi vəzifəsində çalışmışdır.

Həyatı

  • 1965-ci ildə Moskvada Hərbi Xarici Dillər İnstituna daxil olmuş;
  • 1969-cu ildə Bakı Yüngül Sənaye Texnikumunu bitirmiş;
  • 1960- 1974-cü ildə Bakı və Xankəndi ayaqqabı fabriklərində modelyer, baş modelyer-konstruktoru olmuş;
  • 1975-1985-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvav Muxtar Respublikasının Ədəbiyyat Muzeyində tərtibatçı rəssam kimi fəaliyyət göstərmiş;
  • 1985-1995-ci illərdə Naxçıvan Dövlət Tarixi Muzeyinin baş rəssamı olmuşdur.

Arif Qədimov, Moskvada Hərbi Xarici Dillər İnstituna daxil olmuş, lakin obyektiv səbəbdən təhsilini davam etdirə bilməmişdir.

Rəssamlıq fəaliyyəti

1995-ci ildə Naxçıvan Dövlət Tarixi Muzeyinin baş rəssamı olarkən "Qanlı Yanvar", "30-cu illərin maarif xadimləri", "Bəhruz Kəngərli", "Heydəe Əliyev" və s. guşələr yaratmışdır.Tarixi-sənədli filmlərin ("Qədim diyar", "Mənim Naxçıvanım", "Köhnə qala haqqında ballada" və s.) müəllifidir. "Gəmiqaya" filmi ABŞ, Kanada, Argentina və Avstraliyada nümayiş etdirilmiş, beynəlxalq kataloqa düşmüşdür. Arif Qədimov 1998-ci ildən "Azərbaycan xalçası" Naxçıvan Muxtar Respublikasının Dövlət Muzeyinin direktorudur; özünün yaratdığı "Mömünə xatun" türbə-muzey kompleksinə də rəhbərlik edir. "Ağ yolun yolçusu", "Müqəddəs qəbirlər sorağında", "Sirli xalçalar", Bir ömür boyu yaşadım Adəmli, Nuhlu" tarixi tədqiqat əsərlərinin müəllifidir. [1]

Həmçinin bax


Xarici keçidlər

  • "Naxçıvan ensiklopediyası: I cild" (az.)). ebooks.az. 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
  • "Naxçıvan ensiklopediyası: II cild" (az.)). ebooks.az. 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.

İstinadlar

  1. NE, I cild,, 2005. səh. 335