Asəf Cəfərov
Asəf Cəfərov | |
---|---|
Asəf Əli İskəndər oğlu Cəfərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Zaqafqaziya SFSR, SSRİ |
Vəfat tarixi | 3 aprel 2000 (72 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Janr | portret |
Mükafatları |
Asəf Cəfərov (1927 — 2000) — Azərbaycanın xalq rəssamı.
Haqqında
Asəf Əli İskəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1945-1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini almış, 1951-1957-ci illərdə B.İ Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirmişdir. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir.[1] “Bilərzik seçimi” (1957) həmin dövrün seçilən işilərindəndir.
A.Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünə məxsuz kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaratmışdır. Buna misal olaraq “Tarlada”, “Dəniz kənarında”, “Görüş”, “Mənim Azərbaycanım”, “Musiqiçilər” və başqalarını qeyd etmək olar. Asəf Cəfərov həm də bir çox portretlərin muəllifidir. Buna misal olaraq onun “Ə.Vahid”, “V.Mustafazadə”, “S.Bəhlulzadə”, “Arif Məlikov”, “Cəfər Cabbarlı”, “Vəcihə Səmədova”, “Rəşid Behbudov” və s. portretlərini göstərmək olar. Rəssam bölgələrə yaradıcılıq ezamiyyətlərindən sonra maraqlı əsərlər yaradıb.”Bakıda qar”, ”Qaş-Qaş”, ”Xəzər dənizi” adlı mənzərələri fırça ustasının belə əsərlərindəndi. O, həmçinin Abşeron mənzərələri silsiləsi üzərində işləmişdir: “Abşeron”, “Daş hasarlar”, “Maştağa kəndi”, “Abşeronun qızıl qumları”, “Bakıda qış”, “İsti gün”, “Qış”, “Əncir kolu”, “Bahar”, “ Axşam motivi” və s. A.Cəfərov tarixi janra da müraciət etmişdir. Bu sıradan “Nəsimi azad düşüncəlilərin məclisində”, “Oyanış” əsərlərinin adını qeyd etmək olar.[2][3]
Asəf Cəfərov yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniya və s.) yeni ruhlu tablolar yaradıb. Rəssam bir çox beynəlxalq sərgilərin iştrakçısı olmuşdur, Avstriyada “Dünya Təsviri Sənət Sərgisi”-də (1980) “Qran Pri” mükafatını qazanmışdır.[4]
Rəssam Asəf Cəfərov 2000-ci ildə vəfat etmişdir.
- Şair Ağadadaş Münirinin nəvəsidir.
İstinadlar
Xarici keçidlər
Xalq rəssamı Asəf Cəfərovun 80 illik yubileyinə həsr olunmuş sərgi keçirilib
- 1927-ci ildə doğulanlar
- 3 apreldə vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- 72 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunları
- V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunları
- Azərbaycan SSR xalq rəssamları
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə rəssamlar
- Azərbaycan rəssamları