Diplomatik psixologiya

Vikipediya, azad ensiklopediya
Funtik (müzakirə | töhfələr) (Yeni səhifə: Cabbar Məmmədovun "Diplomatik psixologiya" monoqrafiyası sosial psixologiyada az öyrənilmiş və dövlət idarəçiliyi, siyasət, ideologiya və hərb sahəsi üçün xüsusi ə…) tərəfindən edilmiş 09:51, 17 aprel 2009 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Cabbar Məmmədovun "Diplomatik psixologiya" monoqrafiyası sosial psixologiyada az öyrənilmiş və dövlət idarəçiliyi, siyasət, ideologiya və hərb sahəsi üçün xüsusi əhəmiyyət kəsb edən bir sahəyə həsr olunmuşdur. Qeyd olunmalıdır ki, tədqiqat ciddi metodoloji əsasa və elm üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra məsələlərə ciddi məntiqi-ardıcıl baxış sisteminə malikdir. Deyilən məsələlər sırasına aid oluna bilər: 1) Davranış və düşüncələrin determinasiya mexanizmi; 2) Şəxsiyyətin psixoloji portreti və individual imkanlarının spesifikası; 3) Müxtəlif şərait üçün fərqli ünsiyyət metodları və rəftar taktikaları; 4) Konkret situasiyalarda insana təsir və onu inandırma metodları; 5) Virtual müharibə metodları; və s. Təkcə yuxarıda qeyd olunan bu məsələlərin siyahısı özü məsələnin qoyuluşunun orijinallığını, bir sıra elmi praktik məsələlərə müəllifin biopsixologiya, psixologiya, sosiologiya, tarix və s. kimi digər elmlərlə kəsişən elmlər prizmasından baxmağa cəhd etməsini göstərir. Müəllif sübut etməyə çalışır ki, insan potensialı və onun bütün yaradıcılıq ehtiyatından, ideologiya və hərb strukturları kimi cəmiyyətin əhəmiyyətli dövlət institutlarında böyük effektivliklə istifadə oluna bilər. Bizim fikrimizcə, burada müəllifin Azərbaycanın hərb məktəbində çox az öyrənilmiş "Virtual müharibə" metodlarının araşdırılmasına cəhd etməsi xüsusilə diqqətəlayiqdir. Məsələyə Azərbaycanın bu gün düşdüyü tarixi şəraitin spesifikası aspektindən baxılsa, o zaman Cabbar Məmmədovun hərbi əməliyyatlar şəraitində taktika və strategiyanın sosial-psixoloji aspektləri barədə əldə etdiyi nəticələri Azərbaycan üçün bu gün kifayət qədər böyük əhəmiyyət kəsb edən hərb sferasında uğurla istifadə oluna bilər. Cabbar Məmmədovun "Diplomatik psixologiya" kitabı barədə fikirlərimizi ümumiləşdirərək, əminliklə demək mümkündür ki, müəllif bu işində tədqiq etdiyi problemə cəsarətli analitik qabiliyyət, məntiqi-ardıcıl və sistemli baxış nümayiş etdirir. Nəzərə alınsa ki, C.Məmmədov yalnız orta məktəb bitirib, o zaman şübhəsiz ki, biz qarşımızda özünütəhsil yolu ilə əhəmiyyətli səviyyəyə qalxa bilmiş fenomenal bir şəxsiyyətin parlaq nümunəsini görürük. Və güman edirik ki, çox yaxın vaxtlarda o, nəzəriyyə sahəsində əldə etdiyi qənaətlərinin cəmiyyətimizin dövlət əhəmiyyətli sferalarında praktik tətbiqinə nail olacaq və bununla da, bugünkü cəmiyyətimiz üçün nəzərəçarpacaq faydalar gətirə biləcəkdir.