DokuBaku Beynəlxalq Sənədli Film Festivalı

Vikipediya saytından
Atlı lobya (müzakirə | töhfələr) (Yeni səhifə: {{Film festivalı|adı=DokuBaku Beynəlxalq Sənədli Film Festivalı|loqo=DokuBaku Beynəlxalq Sənədli Film Festivalı.png|yer=Bakı, Azərbaycan|yaranıb=Oktyabr 2017|s...) tərəfindən edilmiş 21:58, 22 iyul 2018 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı
YerBakı, Azərbaycan
YaranıbOktyabr 2017
Saythttps://www.dokubaku.org/

DokuBaku Bəylxalq Sənədli Film Festivalı (BDFF) 2017-ci ilin oktyabr ayından etibarən hər il Bakıda keçirilən film festivalıdır. Azərbaycanın ilk müstəqil, sənədli film festivalı olan DokuBaku BDFF onlarla film nümayişindən və xarici kino peşəkarlarının iştirakı ilə ustad dərslərindən ibarət olur. Keçirildiyi ilk ildə festival 15 uzunmetrajlı və 15 qısametrajlı filmin nümayişinə 1000-ə yaxın izləyici cəlb etmişdir. Festivalın əsas məqsədi Azərbaycanda sənədli filmin özünüifadə və düşüncə vasitəsi kimi inkişaf etdirmək, bu janrda fəaliyyət göstərən yerli rejissorlara dəstək olmaq və ölkənin film səhnəsini beynəlxalq film icması ilə birləşdirməkdir.

Tarixçə

Festival 2017-ci ildə bir qrup kino peşəkarı və həvəskarı tərəfindən könüllü əsaslarla təşkil olunmağa başlamışdır. Festivalın ideyası azərbaycanlı rejissor İmam Həsənov və çexiyalı rejissor və prodüser Veronika Janatkovaya aiddir. Festival birinci ildə çoxsaylı könüllülərin və festivala təmənnasız töhfə vermiş yerli və xarici təşkilatların köməyi ilə ərsəyə gətirilmişdir. Belə ki, göstərilən filmlərin bir çoxunun haqları festivala ianə verilmiş, nümayişlərin keçirildiyi müxtəlif kafe və barlar təmənnasız şəkildə məkan dəstəyi vermişdirlər. Bundan əlavə, çox sayda Azərbaycan ziyalısı və ictimai fəalı nümayişlərdən sonrakı müzakirələrin aparılmasında iştirak etmişdir.

Festivalın bölmələri

Festivalın bölmələri ildən-ilə dəyişsə də, aşağıdakı bölmələr festivalda fərqli vaxtlarda təşkil olunmuşdur.

Beynəlxalq Uzunmetrajlı Filmlər

Burada dünyanın müxtəlif yerlərində mükafatlar almış filmlər nümayiş olunur.

Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi

Dünyanın hər yerindən göndərilmiş qısametrajlı sənədli filmlərin nümayiş olunduğu müsabiqə bölməsidir.

Yerli Qısametrajlı Film Müsabiqəsi

Yerli rejissorların qısametrajlı sənədli filmlərinin nümayiş olunduğu müsabiqə bölməsidir.

Elmi Spektr

Elmi Spektr jurnalı ilə birgə təşkil olunan və elmi sənədli filmlərin nümayiş olunduğu, müsabiqədənkənar bölmə.

Mükafat alan filmlər

Yerli Qısametrajlı Film Müsabiqəsi
İl Filmin adı Rejissor Ölkə Bölmə
2017 Dəhliz İqrar Qurban Azərbaycan Azərbaycan Yerli Qısametrajlı Film Müsabiqəsi
2017 Humble Room ADO Leyli Qafarova Azərbaycan Azərbaycan Yerli Qısametrajlı Film Müsabiqəsi
2017 Monikaya Oktay Namazov Azərbaycan Azərbaycan Yerli Qısametrajlı Film Müsabiqəsi