Öd turşusu

Vikipediya saytından
Kəmalə baxa (müzakirə | töhfələr) (Səhifə "ÖD TURŞULARI Insan və heyvanların ödündə xolesterinlə bərabər, quruluşca ona yaxın olan bəzi turşular da tapılır. Bu turşulara öd turşular..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 05:50, 18 aprel 2019 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

ÖD TURŞULARI

Insan və heyvanların ödündə xolesterinlə bərabər, quruluşca ona yaxın olan bəzi turşular da tapılır. Bu turşulara öd turşuları deyilir. Onlardan xol turşusu C23H36(OH)2-COOH, dezoksixol turşusu C23H34(OH2)-COOH, antropodezoksixol turşusu C23H37(OH)2 COOH və lotoxol turşusu C23H38(OH)-COOH insan ödündə olur. öd turşusu rəngsiz bərk maddə olub, öddə sərbəst halda və ya aminturşularla birləşmə halında təsadüf olunur. Çox güman ki, onlar xolesterinin bədəndə oksidləşməsi məhsullarıdır. Onlar yağları emulsiya halına keçirərək, bədəndə yağların parçalanmasına və mənimsəməsinə yardım edir. Öd turşularını reduksiya etdikdə onlardan xolanturşusu C23H39COOH almaq olur. Öd turşularını xolan turşusunun törəməsi kimi qəbul etmək olar. Xolan turşusuna təbiətdə rast gəlinmir.