Azadıstan

Vikipediya saytından
Cekli829 (müzakirə | töhfələr) (Yeni səhifə: Azadistan, Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin liderliyi ilə 3 ay (iyul - sentyabr 1920-ci il) müstəqil olan qısa ömürlü bir dövlətdir. Şeyx Məhəmməd Xiy...) tərəfindən edilmiş 13:57, 16 iyun 2009 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Azadistan, Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin liderliyi ilə 3 ay (iyul - sentyabr 1920-ci il) müstəqil olan qısa ömürlü bir dövlətdir.

Şeyx Məhəmməd Xiyabani 1879-cu miladi tarixdə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur.1907-1911-ci illərdə Xiyabani İran totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak etmiş və mücahidlər sırasında mübarizə aparmışdır. İctmaiyyun-amiyyun Sosial-demokrat partiyası onun elmi və ictimai cəhətdən yüksək dərəcəyə malik olmasını dərk edərək, Azərbaycan əyalət əncüməninə üzv seçmişdir. Xiyabani Azərbaycan tarixində ən ağır və böhranlı zamanda inqilabi hərəkata qoşulmuş, həm daxili irticaçı qüvvələr, həm də xarici dövlətlər: Rusiya, İngiltərə, Almaniya və Osmanlı dövlətləri əleyhinə fəal mübarizə aparmışdır. O, Güney Azərbaycan və İran tarixində ilk dəfə Demokrat Firqəsini və demokratik reyimi yaratmışdır. Hətta, xarici tarixçilərin fikrincə, onun başçılıq etdiyi demokrat rejimi dövründə, qısa olsa da, Təbriz əhalisi bu kimi rifah və əmin-amanlıq görməmişdir.

1917-ci ildə Rusiyada inqilab olan zaman Güney Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyətə başlamış, 1917-ci il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmişdir. I Dünya Müharibəsində İran torpaqlarını işğal edən Osmanlı Ordusu Təbriz və Urumiyə şəhərlərini də tutmuşdur. Osmanlı Ordusunun Azərbaycan Bölgəsi işğalına qarşı çıxan Şeyx Məhəmməd Xiyabani və yoldaşları həbs edilmişdir. Bu qoşunlar Təbrizi tərk etdikdə onları da özləri ilə apardılar. Noyabr 1918-ci ildə Osmanlı Ordusunun geri çəkilməsindən sonra Xiyabani, Azərbaycan bölgəsinə dönmüş və Azərbaycan Demokrat Partiyasının fəaliyyətini yenidən canlandırmışdır.

1920-ci ilin may ayında Təbrizdə Demokrat Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edildi. Mitinqdə imperialistlərin və İran irticaçı qüvvələrinin əleyhinə mübarizəni daha gücləndirməyə çağırdılar. Bu mitinqdə iştirak edənlər təklif etdilər: "Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl olmuşdur. Bu münasibətə görə də onun Azərbaycan əyaləti yerinə "Azadisitan" (azadlıq sevən) adlanması daha düzgündür". Bu təklif mitinq iştrakçıları tərəfindən qəbul edilmişdir.

Bu mitinqdən sonra qiyam hərəkatı Azərbaycanın digər şəhərlərinə: Zəncan, Marağa, Miyana, Əhər, Xoy və daha sonra Ərdəbilə də yayıldı. 1920-ci il 22 iyunda Azərbaycan Demokrat Firqəsi ümumi səslə milli hökumətin quruluşu haqqında qərar qəbul etdi və Şeyx Məhəmməd Xiyabani milli hökumətin sədri seçildi. 1920-ci il iyunun 22-də hökumət başçısı kimi Xiyabani Alaqapıya köçdü. Bu, Güney Azərbaycan tarixində yaranmış ilk demokratik milli hökumət idi. " Azərbaycan" sözü yerinə bütün lövhələrdə, dövlət vərəqələrində "Azadisitan əyaləti" yazıldı. Xiyabaninin əleyhinə olan bir sıra şəxslər, o cümlədən doktor Zenəlabidin xan, Mirzə Bağır Təliə, Hüseynağa Fişəngçi ("Təbriz" qəzetinin redaktoru) , Sultanzadə və başqaları qiyam əleyhinə fəaliyyətə başlayıb, gizlincə Eynüddövlənin yanına gedirdilər. Digər bir dəstə isə alman "Kart Vispço" təşkilatının əlaltısı, "Klidi-nicat" qəzetinin redaktoru Q.Rzazadənin rəhbərliyi ilə Sosial-demokrat Partiyası ünvanı altında Azərbaycan Demokrat Partiyası əleyhinə fəaliyyət göstərməyə başladı. Təbrizin vəziyyətini öyrənmək üçün buraya gəlmiş İngiltərə siyasi idarə rəisi Xiyabani ilə görüşərək onunla söhbətləşmiş və Azərbaycanın tələblərinin nə olduğunu soruşmuşdur. Xiyabani demişdir: "Azərbaycan İranın ayrılmaz əyalətidir. Azərbaycan əhalisi öz qanları bahasına aldıqları konstitusiyanın icrasını və əməldə məşturə rejimini qoruyub, bütün ölkədə islahat aparılmasını istəyir".

Xiyabani Alaqapıda milli hökumət başçısı olduqda az müddətdə Təbrizdə bir çox islahatlar aparmağa başladı. O cümlədən: jandarm təşkilatını genişləndirərək, öz başçılığı ilə Milli Qvardiya yaratdı. Məşhur azərbaycanlı maarifpərvər Əbülqasım Füyuzatı maarif rəisi təyin etdi. "Məhəmmədiyyə" və "Hikmət" adlı iki qadın məktəbi açdı. Məktəblərdə təhsilin Azərbaycan dilində keçilməsinə göstəriş verdi. Bakıdan "İttihadiyyeyi-iraniyan" məktəbindən bir neçə müəllim çağırdı. Məktəblərdə fars dilni Azərbaycan dilində öyrənməyə göstəriş verdi. Tehrandan göndərilmiş maliyyə rəisi və hakim müavini Tehrana qaytarılıb, yeni şəxslər təyin edildi. Xiyabani əyalətdə əmin-amanlığın bərpa edilməsinə çox əhəmiyyət verirdi. Təbrizə gələn xaricilər Xiyabani milli hökumətin başçısı olduğu zaman əyalətdəki yüksək dərəcədə olan əmin- amanlıq haqqında danışırdılar. Bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar türk dilində aparılırdı. Şeyx Məhəmməd Xiyabani öz xalqına və vətəninə vurğun idi. O, xalqının azadlığı və rifahla yaşaması uğrunda canını qurban verdi.

Müxbirüssəltənə qiyam və qiyamçıları məhv etmək üçün Təbriz Milli Qvardiyasının rəisi Bağır xan Salarimillinin oğlu Mirzə Hüseyn xan Haşimini (sərtib Haşimi) və Təbriz kazak rəisini razı etdikdən sonra Alaqapıya hücum etməyi əmr etmişdir. Dörd gün davam edən qarşıdurmadan sonra “Azadistan” höküməti yox edilmişdir. Xiyabani, 14 sentyabr 1920-ci ildə öldürülmüşdür.