Böyük Ciddikar
Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Böyük Yeddikar ((3 fevral 1929, Təbriz – 18 dekabr 2013, Tehran[1]) - azərbaycanlı futbolçu. Böyük Yeddikar İran futbolu tarixində xarici kluba transfer olunan ilk oyunçudur.
Həyatı
1929-cu ilin 3 fevralında Təbriz şəhərində anadan olmuşdur. 2013-cü ilin 18 dekabrında, 84 yaşında Tehran şəhərində vəfat etmişdir.
Kareyerası
Böyük ilk dəfə qapıçı mövqeyində oynamağa başlamışdı. Onun meydan oyunçusu kimi istedada sahib olması məşqçisi Əli Danayifərd tərəfindən kəşf edilmişdi. Böyük onun təklifi ilə irəlidə sol cinah hücumçusu kimi oynamağa başlamış vı qısa müddət sonra İranın ən yaxşı futbolçusuna çevrilməyi bacarmışdı.
1957-ci ildə o, Viktoriya 89 Berlin klubuna transfer olundu. Klub onunla 3 illik olmaqla aylıq 1500 alman markası məvaciblə müqavilə imzalamışdı. Lakin cəmi 9 aydan sonra atası vəfat etdi və Böyük ölkəsinə geri dönməyə məcbur oldu. Bundan sonra o, Taj SC (İstiqlal FK) klubunda çıxış etmişdir.