Böyük Ciddikar

Vikipediya saytından
Qızılbaş (müzakirə | töhfələr) (→‎Kareyerası) tərəfindən edilmiş 13:21, 10 iyun 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Böyük Yeddikar ((3 fevral 1929, Təbriz18 dekabr 2013, Tehran[1]) - azərbaycanlı futbolçu. Böyük Yeddikar İran futbolu tarixində xarici kluba transfer olunan ilk oyunçudur.

Həyatı

1929-cu ilin 3 fevralında Təbriz şəhərində anadan olmuşdur. 2013-cü ilin 18 dekabrında, 84 yaşında Tehran şəhərində vəfat etmişdir.

Kareyerası

Böyük ilk dəfə qapıçı mövqeyində oynamağa başlamışdı. Onun meydan oyunçusu kimi istedada sahib olması məşqçisi Əli Danayifərd tərəfindən kəşf edilmişdi. Böyük onun təklifi ilə irəlidə sol cinah hücumçusu kimi oynamağa başlamış vı qısa müddət sonra İranın ən yaxşı futbolçusuna çevrilməyi bacarmışdı.

1957-ci ildə o, Viktoriya 89 Berlin klubuna transfer olundu. Klub onunla 3 illik olmaqla aylıq 1500 alman markası məvaciblə müqavilə imzalamışdı. Lakin cəmi 9 aydan sonra atası vəfat etdi və Böyük ölkəsinə geri dönməyə məcbur oldu. Bundan sonra o, Taj SC (İstiqlal FK) klubunda çıxış etmişdir.

Böyükdən əvvəl iranlı futbolçulardan bəziləri xaricdə oynamışdı. Lakin onlar transfer edilməmiş, saədəcə xaricdə təhsil alarkən xarici futbol klublarında çıxış etmişdilər. Bunlara misal olaraq Hüseyn Sadağianini (Belçika, Türkiyə və Avstriya), Hüseynəli Xan Sərdarı (Belçika və İsveçrə), əhmədəli Xan Sərdar (Belçika), Xan Xanan (Belçika) və Məsud Borouməndi (ABŞ və Livan) misal göstrəmək olar.

Böyükun Avropada çıxışından sonra Pərviz Kuuzexanani, Həmid Şirzadegan və Məhəmməd Rza Ailxani kimi oyunçular da xaricə transfer edildilər.

Milli komandada

  1. Freebase Data Dumps. Google.