Kokos palması

Vikipediya, azad ensiklopediya
Brandmeister~azwiki (müzakirə | töhfələr) (Yeni səhifə: thumb|150px|Kokos palması. '''Kokos palması''' (''Cocos nucifera'') - palmalar fəsiləsindən bitki. Gövdəsinin hünd. 20-25 m, diametri 50-6...) tərəfindən edilmiş 12:17, 30 iyun 2009 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Kokos palması.

Kokos palması (Cocos nucifera) - palmalar fəsiləsindən bitki. Gövdəsinin hünd. 20-25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 m-dir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malayya arxipelaqı adalarında, Malakka yarımadasında, HindistandaŞri-Lankada becərilir. Dəniz və okean sahillərində bitən bitkidir. Gövdəsi yaxşı tikinti materialıdır.