Nüvə müharibəsi

Vikipediya saytından
Həsən İmanov (müzakirə | töhfələr) tərəfindən edilmiş 18:06, 5 sentyabr 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Titan II ICBM daşıdığı 9 Meqatonluk W53 döyüş başlığıyla ABŞ-ın Soyuq müharibə dövründə istehsal etmiş olduğu ən güclü silahlarından biridir.

Nüvə müharibəsi, nüvə silahından istifadə edilmiş müharibələrə deyilir. Tarixdə nüvə silahları sadəcə olaraq iki dəfə və tək tərəfli olaraq ABŞ tərəfindən İkinci dünya müharibəsi dövründə Yaponiya imperiyasına qarşı istifadə edilmişdir. Hal-hazırda isə bu termin nüvə silahına sahib olan və ona qarşı olan dövlətlərin bir-birlərini təhdid etməsi vəziyyətində istifadə edilir.

Nüvə müharibəsi növləri

Nüvə silahının hərbi əməliyyatlar zamanı istifadə edilməsi ehtimalı hər biri fərqli təsirlərə sahib olan və müxtəlif silahların istifadə edildiyi iki alt qrupa ayrılır.

Birincisi; məhdud nüvə müharibəsi'dir. Bu müharibə ehtimalı variantında az miqdarda nüvə silahından istifadə edilir və sadəcə olaraq düşmənin hərbi hədəfləri məhv edilməyə cəhd edilər. Yenə də bu hücumlar nəticəsində mülki əhaliyə də zərər dəyər, ancaq əsas zərər görən qrup əsgərlər və müəyyən miqdarda hərbi infrastruktur olar. Belə bir müharibə şəraitində istifadə edilməsi üçün bir çox dövlət tərəfindən soyuq müharibə dövründə kiçik çaplı nüvə silahları istehsal edilmişdir.

İkinci versiya; böyük miqyaslı nüvə müharibəsi'dir. Bu müharibə versiyasında böyük miqdarlarda nüvə maddəsindən istifadə edilir və hərbi və mülki obyektlər daxil olmaqla bütün ölkə hədəfə götürülür. Belə bir hücumda bir ölkənin iqtisadi, sosial və hərbi infrastrukturunun tamamilə məhv edilməsinə çalışırlar.

Bu iki versiya arasında necə bir əlaqənin olması hələ də mübahisə mövzusu olaraq qalır. İki silahlanmış ölkə arasında məhdud şəkildə olsa belə, nüvə müharibəsinin olması ehtimalını qəbul edən döyüş strategiyaları üzrə mütəxəssislər də, belə bir müharibənin qısa bir müddət ərzində böyük miqyaslı bir nüvə müharibəsinə çevrilməsi ehtimalını təxmin edirlər. Hətta nüvə hücumu tamamilə hərbi bir zonaya edilsə belə, ortaya çıxacaq radioaktiv maddələr, külək kimi təbii amillərlə digər bölgələrə hərəkət edərək mülki əhaliyə uzunmüddətli və dağıdıcı təsir göstərəcəkdir.

Ən nikbin ehtimallar belə gələcəkdə baş verə biləcək böyük miqyaslı nüvə müharibələrində qısa müddət ərzində milyonlarla insanın öləcəyini, daha pis olanları isə insanlığın yox olacağını, ekosistemin çökəcəyini və qlobal iqlimin tamamilə yox olacağını söyləyirlər.