Ankara Etnoqrafiya Muzeyi

Vikipediya saytından
Sura Türksoy (müzakirə | töhfələr) (Səhifə "{{iş gedir}} '''Ankara Etnoqrafiya Muzeyi''' — Ankaranın Altındağ ilçəsində yerləşir. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı cümə nam..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 13:27, 20 dekabr 2019 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Ankara Etnoqrafiya Muzeyi — Ankaranın Altındağ ilçəsində yerləşir. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı cümə namazlarının qılındığı köhnə adı Namazgah təpəsi olan yerdə quruldu. Əvvəlcə Arxeoloji Muzey kimi istifadə ediləcəyi düşünülsə də, sonralar Rəsm və Heykəl Muzeyi olmağına qərar verildi.

Memarı

Bina Cümhuriyyət dövrünün əhəmiyyətli memarlarından olan Arif Hikmət Qoyunoğlu tərəfindən inşa edilmişdir. Binanın işini öz üzərinə alan isə Nafiz bəy olmuşdur. Bina düzbucaqlı şəklindədir və tək qübbəsi var. Binanın divarları küfeki daşı ilə örtülmüşdür. Binanın yuxarı hissəsi mərmərdir və oyma ilə bəzədilib. Binaya giriş üçün 28 nərdivan mövcuddur. Qapıdan girəndə qübbə altı salona və buradan da daxili həyət adlanan sütunlu hissəyə gedə bilərsiniz. Mərkəzdə mərmər hovuz tikilib və dam hissəsi açıq olaraq qalmışdı. Sonralar daxili həyət Atatürkə müvəqqəti məzar olaraq ayrıldıqda hovuz bağçaya köçürüldü və binanın damı örtüldü.