Strateji Araşdırmalar Mərkəzi (Azərbaycan)

Vikipediya saytından
Vasif.khalafov (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:08, 24 avqust 2009 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci il tarixli Fərmanı ilə yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi dövlət elmi tədqiqat təşkilatıdır.

Mərkəzin əsas məqsədi ölkənin inkişafının müxtəlif istiqamətləri, o cümlədən geosiyasət, təhlükəsizlik, dövlət quruculuğu, regionların inkişafı, mövcud problemlərin həlli və digər mühüm sahələr üzrə elmi araşdırmaların nəticələri və proqnoz-analitik xarakterli məlumatlar ilə Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarının təmin edilməsindən ibarətdir.


Xarici keçidlər