Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bakı İdarəetmə və Texnologiya Kolleci
Əsası qoyulub 6 sentyabr 1999
Tip orta-ixtisas təhsili müəssisəsi
Direktor Şahbazli Faiq
Şəhər Bakı
Ünvan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz Xəlilbəyli küçəsi 51a
Sayt bitkol.edu.az

Bakı İdarəetmə və Texnologiya KolleciAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi[1]

Tarixi

6 sentyabr 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Yerli Sənaye Texnoloji Texnikumunun və Bakı Yüngül Sənaye Texnikumunun bazalarında yaradılmışdır.[2]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulmuşdur.[3]


11 iyul 2020-ci ildə Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. [4]

İxtisaslar

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[5]

  • texnologiya müəllimliyi;
  • peşə təlimi (sahələr üzrə);
  • mühasibat uçotu;
  • maliyyə işi;
  • bank işi;
  • bələdiyə təsərüfatının təşkili;
  • ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə;
  • bina və qurğuların tikintisi və istismarı;
  • yol hərəkətinin təşkili;
  • avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri;
  • zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması;
  • arxiv işi və kargüzarlıq;
  • dizayn;
  • geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi;
  • tikiş məmulatlarının texnologiyası;
  • turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi;
  • İnformasiya texnologiyası sistemləri (azərbaycan və rus bölməsi);
  • avtomatlaşmiş sistemlərin və hesablama texnikasının -proqram təminatı (azərbaycan və rus bölməsi) ;
  • kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti (azərbaycan və rus bölməsi) ;
  • informatika müəllimliyi;
  • informasiyanin işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (azərbaycan və rus bölməsi);
  • kompüter şəbəkələri (azərbaycan və rus bölməsi)

İstinadlar

  1. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı.  (az.)
  2. "Bakı İdarəetmə və Texnologiya Kollecinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 145 nömrəli Qərarı.  (az.)
  3. "Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarı. edu.gov.az  (az.)
  4. https://nk.gov.az/media/files/7e9dc285ed8711266ae6245cd6783734.pdf
  5. 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı.  (az.)

Xarici keçidlər