Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları və idarəetmə fakültəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

İnformasiya texnologiyalarının idarəetməsi Fakültəsi' (İTİF) — Azərbaycan Dövlət Neft Akademiyasının yeddi fakültəsindən biridir.

Tarixi

İnformasiya texnologiyalarının idarəetməsi fakültəsi energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı ilə əlaqədar yaranmış tarixi zərurət nəticəsində 1961-ci ildə yaradılmışdır[1].

Fakültədə dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq aşağıdakı şəxslər icra etmişdir:

  • dosent İ.Ə.Nəbiyev (1961-1963)
  • dosent H.H.Səmədov (1963-1979)
  • dosent R.Ə.Zeynalov (1979-1993)
  • professor İ.M.Abdullayev (1993-2003)
  • dosent T.A. Əliyev (2003-2011)
  • dosent R.N.Allahverdiyev(2011-2015).

Hal-hazırda dekan vəzifəsini dosent Yusifov Səməd İmaməli oğlu icra edir. Onun müavinləri - dosent U.Q.Məmmədov , t.ü.f.d. T.K.Əsgərov, BBA və ZU proqramları üzrə tədrisə məsul şəxs – dosent F.Ə. Hüseynovadır.[2]

Yarandığı gündən fakültədə 13 minə yaxın ali təhsilli mütəxəssis, o cümlədən 8400 mühəndis, 4028 bakalavr, 400-dən artıq magistr hazırlanmışdır.[1]

Kafedralar

  • Ali riyaziyyat
  • Avtomatika, telemexanika, elektronika;
  • Kompüter Mühəndisliyi və Elmləri;
  • İstehsal proseslərinin avtomatlaşdırılması;
  • Cihazqayırma;
  • Kompüter texnologiyaları və proqramlaşdırma;

İxtisaslar

  • Cihazqayırma mühəndisliyi;
  • Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi;
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi;
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Tempus proqramı çərçivəsində);
  • Mexatronika və robototexnika mühəndisliyi;
  • Kompüter mühəndisliyi;
  • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi;
  • Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi;
  • Biotibbi texnologiya mühəndisliyi;
  • Biznesin idarə edilməsi (BBA proqramı);
  • Menecment (BBA proqramı);
  • Sənayenin təşkili və idarə olunması (ZU proqramı).

Həmçinin bax

Mənbə

«İSTEHSAL PROSESLƏRİNİN AVTOMATLAŞDIRILMASI» FAKÜLTƏSİ

İstinadlar

Xarici keçidlər