Mirzə Mehdi Gərmərudi

Vikipediya saytından
Vagobot (müzakirə | töhfələr) (Doğum) tərəfindən edilmiş 20:25, 10 sentyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Mirzə Mehdi Gərmərudi
Vəfat tarixi 1866
Fəaliyyəti şair

Mirzə Mehdi Mirzə Əbu Məhəmməd oğlu Gərmərudi (?-1866) — XIX əsr Azərbaycan şairi.

Həyatı

Mirzə Mehdi Mirzə Əbu Məhəmməd oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Bəyanülmülk ləqəbini daşıyırdı.

Mirzə Mehdi Gərmərudi atası Mirzə Əbu Məhəmməd Abbas mirzə Qovanlı-Qacarın münşisi idi. Onun soyu Xacə Abdulla Ənsariyə çatır.

Mirzə Mehdi Gərmərudi şair idi. Nisar təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Onun iki min beytə yaxın qəsidə və qəzəllər divanı 1906-cı ildə Təbrizdə çap olunmuşdu.

Mirzə Tahir İsfahani "Gənci-Şayiqan" adlı əsərində onun geniş tərcümeyi-halını vermişdir.

Mənbə


İstinadlar

Həmçinin bax

Xarici keçidlər