Mirzə Əbülhüseyn Cahanşahi

Vikipediya saytından
Vagobot (müzakirə | töhfələr) (Şəxs_şablonu_qaydaya_salınır) tərəfindən edilmiş 12:04, 13 sentyabr 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Mirzə Əbülhüseyn Cahanşahi
Doğum yeri
Vəfat tarixi 1515

Mirzə Əbülhüseyn Mir Fəseh oğlu Cahanşahi (?-1515) — Hüseyni seyidlərindən, Təbriz şəhərinin kələntəri.

İskəndər bəy Münşi onun haqında yazır: "Mirzə Əbdülhüseyn: Mir Fəsihin oğludur. O da hüseyni seyidlərindən olub, Əmirə Cəfərlə əmioğlanları idilər. Onun anası "Cahanşahi" sülaləsinə xas qadınlardan olduğundan ona Mirzə Əbülhüseyn Cahanşahi deyirdilər. O, Təbriz darüssəltənəsində cahanşahiyyə büqəsinin yaxınlığında yaşayırdı, Müzəffəriyyə kimi məşhur olan və anasından ona qalan həmin büqənin mütəvəllisi idi.

İsgəndər şanlı nəvvabın zamanı və Əmir xan Türkmanın hakimliyi vaxtında Təbriz darüssəltənəsi kəlantəri o idi. Olduqca şanlı və mötəbər adamdı. Rumiyyə istilası zamanı İraqa gəldi, Mir Cəfərin vəfatından sonra möhtəsibül-məmalik oldu və elə həmin günlərdə də axirət evinə getmək üçün əyninə əməl paltarı geyindi".[1]

  • Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh. 40-42;
  1. İskəndər bəy Türkmən (Münşi), Tarixi-aləm-arayi-Əbbasi, 1-ci cild və 2-ci cildin yarısı, Tеhran, Əmir Kəbir, 1382 hicri şəmsi. səh.281.