Natəvan Qeybani
Natəvan Qeybani | |
---|---|
Fəaliyyəti | aktrisa |
Natəvan Qeybani Azərbaycanlı aktrisa. “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalarından biridir.
Həyatı
Aktrisanın bir oğlu və bir qızı var.
Fəaliyyəti
Natəvan Qeybani “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalardan biridir. Teatrın səhnəsində qoyulan tamaşalarda bir çox rollarda çxış edib.[1]
Aktrisa həmçinin dublyaj sahəsində uğurlu fərdlərdən biridir. 10 ildən çoxdur ki, dublyajda fəaliyyət göstərir.[1]
Teatroqrafiya
- Sara (“Solğun çiçəklər”, C.Cabbarlı)[1]
- Qızılgül (“Kiçik şahzadə”, A.Ekzüperi)
- Qaratoxmaq qadın (“At. Daş. Qadın”, T. Daimi)
- Uşaq (Mirzə Cəlilin “Lal” pantomiması əsasında “Meqapolis” tamaşası)
- Əmidostu (“Hop? Hop!”, M. Ə. Sabir)
- Divanə Qız (“Zindan guşəsindən bir səs və yaxud Divanə”, H.Cavidin altı poeziya nümunəsi əsasında)
- Xurşud (“Sən həmişə mənimləsən və yaxud Boyçiçəyi”, İ.Əfəndiyev)
- Varya (“Birinci akt”, A.P.Çexovun “Albalı bağı” komediyası əsasında)[1]
Filmoqrafya
- 2 (film, 2009) (qısametrajlı bədii film) (filmi səsləndirən)
- Dolu (film, 2012)