Lizbirt Mergel Yatağı

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (Kateqoriya:Şərur rayonu əlavə olundu HotCat ilə) tərəfindən edilmiş 10:46, 21 sentyabr 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Lizbirt Mergel YatağıŞərur rayonu ərazisində, Naxçıvan şəhərindən 30 km şimal-qərbdə, Lizbirt çayının orta axınındadır.

Haqqında[redaktə | mənbəni redaktə et]

Geoloji quruluşunda Üst Tabaşirin Kampan mərtəbəsinin mergel, əhəngli mergel və gilli mergel tərkibli karbonat-terrigen süxurları iştirak edir. Yatağın tektonik quruluşunda yerli əhəmiyyət daşıyan şimal-qərb. İstiqamətli antiklinal və sinklinal qırışıqlıq qeyd olunur. Sahəsi 3,5 km2, faydalı qatın orta qalınlığı 20,5 m- dir. Mergel, bəzi əlavələr edilməklə, sement istehsalına yararlıdır. Yatağın sənaye ehtiyatı 169 milyon tondur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 290. ISBN 5-8066-1468-9.