Yadigar Əliyev (rektor)

Vikipediya saytından
Vagobot (müzakirə | töhfələr) (Alim şablonu qaydaya salınır) tərəfindən edilmiş 07:14, 22 sentyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Yadigar Əliyev
Yadigar Vəli oğlu Əliyev
Fayl:Şəkil yoxdur.jpg
Doğum tarixi
Doğum yeri Gəncə

Yadigar Vəli oğlu ƏliyevGəncə Dövlət Universitetinin rektoru (2013), filologiya üzrə elmlər doktoru (2013).

Həyatı

Yadigar Vəli oğlu Əliyev 1969-cu ildə Gəncədə anadan olmuşdur[1]. 1975-1985-ci illərdə orta məktəbdə təhsil alıb. 1993-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1994-1996-cı illərdə BDU-da “Türk dilləri” ixtisası üzrə aspirant, 2000-2004-cü illərdə BDU-nun türkologiya kafedrasının doktorantı olmuşdur.

1999-cu ildə “Qədim türk (runik) yazılı abidələrinin dili dialektfövqü (ədəbi) hadisə kimi” mövzusunda namizədlik disertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2013-cü ildə isə “Qədim türk ədəbi dilindən orta əsrlər türk ədəbi dilinə (türkü) keçid dövrü” mövzusunda disertasiya müdafiə edərək filologya üzrə elmlər doktoru adı alıb.

Ailəlidir, iki övladı var.

  • 1996-2001 Gəncə Elm Təhsil mərkəzi

Dillər kafedrasında müəllim, baş müəllim

  • 2001-2005, GDU-nun Azərbaycan dili kafedrasında müəllim
  • 2005-2011, Azərbaycan dili kafedrasının dosenti
  • 2011-2013, filologiya fakültəsinin dekanı
  • 2013, rektor

Apardığı dərslər: Azərbaycan dili tarixi, Azərbaycan dialektologiyası, Əski Azərbaycan yazısı, Türkologiyaya giriş

TƏDQİQAT SAHƏSİ:

Qədim və orta əsrlər türk yazılı abidələri

Əsərləri

  • Qədim türk (runik) yazılı abidələrindən orta əsrlər türk yazılı abidələrinə keçid: ədəbi dil normalarının inkişafı. Bakı, «Nurlan» nəşriyyatı, 2004, 190 səh.
  • Orxon-Yenisey abidələri və orta əsrlər türk ədəbi dili – türki. Bakı: Nurlan, 2005, 173 səh.
  • Qədim türk əlifbası: tarixi, mənşəyi, təşəkkülü. Bakı: ADPU nəşri, 2008, 234 səh.
  • Azərbaycanın qədim türk runik yazılı abidələri. Bakı: ADPU nəşri, 2008, 120 səh.
  • Qədim türk (runik) yazılı abidələrinin dili: dərs vəsaiti. Bakı: «Nurlan», 2004, 182 səh.
  • Ümumi mətnşünaslıq: dərs vəsaiti. Bakı: ADPU nəşri, 2007, 248 səh.
  • «Kitabi-Dədə Qorqud»un dilində mürəkkəb cümlə: metodik vəsait. Bakı: «Nurlan», 2004, 68 səh.
  • «Kitabi-Dədə Qorqud» və bədii mətnin struktursemantik təşkili: metodik vəsait. Bakı: «Nurlan», 2005, 137 səh.
  • «Kitabi-Dədə Qorqud» və bədii mətnin fonoloji strukturu: metodik vəsait. Bakı: ADPU nəşri, 2006, 121 səh.
  • Kontrastiv lesikologiyadan oçerk: metodik vəsait. Bakı, 2006, 41 səh.
  • «Kitabi-Dədə Qorqud» və bədii mətnin leksik-semantik strukturu: metodik vəsait. Bakı: ADPU nəşri, 2007, 100 səh.

Qədim dil: dərslik. Bakı: Elm və təhsil, 2019, 147 səh.

İstinadlar

  1. Gəncə Dövlət Universitetinin Rektoru