Pars robot

Vikipediya, azad ensiklopediya
Həsən İmanov (müzakirə | töhfələr) (Səhifə " “Pars Robot” PUA-sı 2013-cü ildə İranın RTS laboratoriyasının aerokosmik mütəxəssisləri tərəfindən hazırlanan mülki xilasetmə dronudur...." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 11:46, 3 oktyabr 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

“Pars Robot” PUA-sı 2013-cü ildə İranın RTS laboratoriyasının aerokosmik mütəxəssisləri tərəfindən hazırlanan mülki xilasetmə dronudur. Pilotsuz vasitə dizaynı baxımından bu sinfin adi kopterlərindən o qədər də fərqlənmir, lakin ölçüsü baxımından bu cihaz daha böyükdür və tamamilə fərqli məqsədlərlə istifadə olunur. Müasir kopterlərin əksəriyyəti aerofotoqrafiya, müəyyən perimetrdə təhlükəsizliyi təmin etmək və sosial ticari xarakterli videolar çəkmək üçün istifadə edilsə də, bu pilotsuz uçan aparatın əsas təyinatı boğulan insanların xilas edilməsində bir vasitə kimi istifadəsindən ibarətdir. Pilotsuz aparat boğulan insanları xilas etmək üçün standart vasitələrlə, məsələn insanın suyun səthində qalmasına imkan verən xilasetmə qurğuları ilə təchiz olunur.

Xilasedici suda bir nəfərin boğulmağa başladığını gördükdə, insandan dörd dəfə daha sürətli hərəkət edə bilən pilotsuz vasitə ilə həmin əraziyə yola düşür. Buna görə də yardım göstərmək ehtimalı dəfələrlə artır. Boğulan bir adamın göründüyü yerə gəldikdən sonra “Pars Robot” pilotsuz uçuş aparatı xilasedici dairə və ya başqa bir vasitə ilə insanı suyun üzərində havada saxlayır, sonra isə fəaliyyət proqramına uyğun olaraq dislokasiya nöqtəsinə qayıdır.

İnkişafın yeniliyinə baxmayaraq, “Pars Robot” dronunun real dəyəri yüksək deyil və 2015-ci ilin məlumatlarına görə cəmi 9 min dollardır, bir il ərzində Meksika, Braziliyaİtaliya çimərliklərində bu cihaz 62 nəfərin həyatını xilas edə bilib. Konfiqurasiyasından asılı olaraq, “Pars Robot” pilotsuz uçuş aparatı saatda 35 km sürətə malik dörd elektrik mühərriki ilə və ya daha çox sayda mühərriklə təchiz edilə bilər.

Taktiki-Texniki Xüsusiyyətləri

  • Uzunluğu: 0.98 m;
  • Eni: 0.98 m;
  • Hündürlüyü: 0.9 m;
  • Maksimum uçuş çəkisi: 15 kq;
  • Maksimal uçuş sürəti: 35 km/saat;
  • Kreyser sürəti: 20 km/saat;
  • Maksimum uçuş məsafəsi: 0.35 km;
  • Maksimum uçuş hündürlüyü: 150 m;
  • Təyyarə mühərrikinin növü: elektrikli;
  • Mühərrikin markası və gücü məlum deyil.