Bəsti Sevdiyeva

Vikipediya, azad ensiklopediya
TgrlBot (müzakirə | töhfələr) (→‎top: şablon parametrləri) tərəfindən edilmiş 09:15, 30 noyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Bəsti Sevdiyeva
Fayl:Bəsti Sevdiyeva.jpg
Ümumi məlumatlar
Doğum adı Bəsti Sevdiyar qızı Sevdiyeva
Doğum tarixi
Doğum yeri Ceyildağ, Qaradağ, Bakı
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Fəaliyyət illəri 1973
Mükafatları Azərbaycan Respublikasının Əməkdar Artisti

Sevdiyeva Bəsti Sevdiyar qızı (1958.Bakı) – xanəndə, əməkdar artist.

Həyatı

Bəsti Sevdiyar qızı 1958-ci ildə Bakı şəhəri Qaradağ rayonu Ceyildağ qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə 224 saylı orta məktəbin I sinfinə daxil olmuş və 1975-ci ildə həmin məktəbi bitirmişdir. Onun hələ məktəb illərindən musiqiyə, ifaçılığa çox böyük həvəsi vardır.Mədəniyyət evində fəaliyyət göstərən özfəaliyyət dərnəyində çalışmış və bir çox müsabiqələrin diplomantı, laureatı, həmçinin "Oxu tar" 1973-1975-ci illərin qalibi olmuşdur.Məhz bu müsabiqələrdə korifey sənətkarlar Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, İslam Rzayev, Şövkət Ələkbərova və başqalarının iştirakı və seçimi Bəsti Sevdiyevanın gələcəkdə peşəkar xanəndə, müğənni kimi yetişməsinə dəlalət etmişdir.Artıq B.Sevdiyeva 17 yaşında Xalq artisti İ.Rzayevə anturaj olaraq M.Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə iştirak etmişdir.1977-ci ildə o, M.A.Əliyev adına Az. Dövlət İncəsənət İnstitutunun musiqili komediya teatrı aktyoru fakültəsinə daxil olmuş və 1982-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir.Tədris illərində o, məşhur Prima-tenor Xalq artisti L.İmanovdan dərs almışdır.Bəsti xanım öz karyerasını Avropa vokal ifaçılıq profili üzrə qura bilərdi. Tədris illərində o, L.İmanovdan İtaliya, rus romanslarını, həmçinin Azərbaycan bəstəkarlarının operalarından ariyalar öyrənmiş və ifa etmişdir.Tədris illərində o, həmçinin xanəndə Qulu Əsgərovdan, sonralar xalq artisti C.Əkbərovdan muğamlarımızı da öyrənirdi.Müğənninin musiqi təbiəti, güclü musiqi duyumu və musiqi zövqü, milli incəsənətimiz üzərində formalaşması onun gələcəkdə janrın müəyyən olunmasında özünü tapdı.

Onun xanəndəlik sənətində ilk uğuru "Mirzə Hüseyin" muğamı oldu.Ardınca peşəkar səviyyədə hazırladığı, bütün muğamlardan ən mürəkkəb, öz möhtəşəmliyi ilə seçilən və ifası böyük nəfəsə və diapozona malik olan "Rast" muğamı onun xanəndəlik sənətində pasportu oldu.Bu uğurlu ifadan sonra o, "Bayatı Qacar", "Hümayun", "Rahab" muğamlarını da ifa etdi və lentə alınaraq Az. Televiziyasının qızıl fonduna daxil edildi.Onu da qeyd etmək lazımdır ki, bu muğamlar əsasən kişi xanəndələr tərəfindən ifa edilmişdir.Xanəndənin silsilə olaraq onlarla xalq mahnıları, təsnif, aşıq musiqisini və görkəmli bəstəkarların xalq üslubunda yazdıqları əsərlərini də ifa etmişdir. 6 audio video kompakt diskləri işıq üzü görüb.Çalışdığı C.Qaryağdıoğlu adına muğam üçlüyü və Bakıxanov adına xalq çalğı alətləri ansamblı ilə Azərbaycanın bir çox bölgələrində, həmçinin xarici ölkələrdə Almaniyada, Türkiyədə, Vyetnamda, Rusiyada və s. müvəffəqiyyətlə konsertlər vermişdir.2006-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında möhtəşəm solo konsertlə çıxış etmişdir. B.Sevdiyeva hal-hazırda Az.Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam kafedrasının müəlliməsidir.M.F.Axundov adına Opera və Balet teatrında müəyyən tamaşalara dəvətlidir. B.Sevdiyeva ilk qadın sənətkardır ki, 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. H.Əliyev siyasi kursunu dəstəkləyənlərdən biridir. O, ümumiyyətlə partiyanın bütün çağırışlarına, keçirdiyi tədbirlərdə böyük fəallıq göstərmişdir.

Hal-hazırda yaradıcılığı intensiv davam edir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının sərəncamı ilə muğam ifaçılıq sənətində səmərəli fəaliyyətinə görə ona Respublikanın Əməkdar artisti fəxri ada layiq görülmüşdür. Ailəlidir, iki övladı var.

Həmçinin bax