Muncuqlutəpə qədim qəbiristanlığı

Vikipediya, azad ensiklopediya
Eminn (müzakirə | töhfələr) (Yeni səhifə: Şəmkir rayonunda Kürün sağ sahilindən 120 metr aralıda yerləşir. Qəbiristanlıq Kürün yuduğu təpədə qeydə alınmışdır. Yaz və payız fəsillərində Kürd...) tərəfindən edilmiş 19:33, 30 oktyabr 2009 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Şəmkir rayonunda Kürün sağ sahilindən 120 metr aralıda yerləşir. Qəbiristanlıq Kürün yuduğu təpədə qeydə alınmışdır. Yaz və payız fəsillərində Kürdə suyun qalxması ilə əlaqədar olaraq təpənin sahilkənarı hissəsini su basır və qəbirləri dağıdır. Nəticədə saxsı qab qırıqlarından ibarət qəbir avadanlığı və insan sümükləri ətrafa səpələnmişdir. Saxsı nümunələri əsasında qəbiristanlıq Kür-Araz mədəniyyətinin final mərhələsinə aid edilir.

Mənbə