Cahid Qəniyev

Vikipediya saytından
Elnur Hüseynli (müzakirə | töhfələr) tərəfindən edilmiş 17:30, 14 yanvar 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Cahid Qəniyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Çaylı, Biləsuvar rayonu, Azərbaycan Respublikası
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Çaylı kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Uşağı 1
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Gizir
Döyüşlər İkinci Qarabağ Müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Cahid Şaiq oğlu Qəniyev (d. 18 fevral 1994; Çaylı, Biləsuvar rayonu — ö. 13 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1] [2]

Həyatı

Cahid Qəniyev 18 fevral 1994-cü ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. Kənd tam orta məktəbində təhsilini almışdır. Ailəli idi, 1 övladı var. [1] [2]

Hərbi xidməti

Cahid Qəniyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Cahid Qəniyev 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Çaylı kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Qəniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar

  1. 1 2 "Tarix yazıb tarixə yazılanlar- Biləsuvar şəhidləri" (az.)). 04.01.2021. 2021-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.01.2021.
  2. 1 2 "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) (az.)). 08.12.2020. İstifadə tarixi: 08.12.2020.
  3. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.