Düyü unu

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 01:30, 19 yanvar 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Düyü unuÇin səddinin tikintisi zamanı istifadə olunmuş vasitə

Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir.

O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368-1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tiklilərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib.