Muncuqlutəpə qədim qəbiristanlığı

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 0 sources and tagging 1 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 20:26, 20 yanvar 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Muncuqlutəpə yaşayış yeriŞəmkir rayonunun Qaracəmilli kəndindən 8 km şimalda, Kürün sağ sahilindən 120 metr aralıda yerləşir.

Yaşayış yerinin narınqalası ən yüksək, hakim mövqedə yerləşməklə üç tərəfdən qala divarları ilə möhkəmləndirilmişdi. Şimaldan isə onu Kür çayı hüdudlayırdı.Qalınlığı 1,7-1,8 metrə çatan mədəni təbəqə qatında IX-X və XI-XIII əsrlərə aid olmaqla iki inşaat qatı müəyyənləşdirilmişdir. Qazıntı zamanı çaydaşından və bişmiş kərpicdən hörülmüş tikili qalıqları, çoxlu təndir və ocaqlar, təsərrüfat quyuları üzə çıxarılıb öyrənilmişdir. Memarlıq hissələrinin, o cümlədən sütun başlıqlarının tapılması vaxtilə burada monumental binaların olmasına dəlalət edir. Mədəni təbəqədən tapılmış arxeoloji materiallar və şirsiz saxsı qab-qacaqla, dəmir alət və silahlarla metal məmulat və müxtəlif bəzək əşyaları ilə təmsil olunmuşdur. Şirli saxsı qabların tapıntılar arasında çoxluğu xüsusi qeyd olunmalıdır.