Transparantlar

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 01:18, 23 yanvar 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Transparantlar — avtomobil yolu üstündə yerləşdirilən və üzərində reklam informasiyası olan 15x1,1 (bəzən 15x1m, 14x1m, 12x1m, 10x1m) ölçülü parça.

Azərbaycanda daha çox 8x0.8m ölçülü transparantlardan istifadə olunur. Reklam transparantları kətan, ipək və və ya vinildən hazırlanır. İpəkdən hazırlanan transparantlar daha uzunömürlüdür – onlardan rahatlıqla 30 gün ərzində istifadə etmək olar, kətan transparantlardan isə cəmi 7-10 gün.

Üstünlükləri[redaktə | mənbəni redaktə et]

Adətən banerlər şəhərin tarixi mərkəzində asılır. Transparantlarda yerləşdirilən reklam – hər hansı bir şirkətin açılışına diqqəti cəlb etmək, yeni xidmət və ya məhsul haqqında məlumat vermək, müxtəlif tədbirlərin keçirilməsi və ya hər hansı bir ulduzun gəlişindən insanları xəbərdar etmək üçün ən effektiv vasitədir. Transparantın daha bir üstünlüyü - onun hər iki tərəfində reklam yerləşdirmək imkanıdır.

Mənbə[redaktə | mənbəni redaktə et]