Əzim Həsənov

Vikipediya saytından
0 ZenMaster 0 (müzakirə | töhfələr) (Əzim Həsənov , Azərbaycanın 2-ci Qarabağ müharibəsindəki şəhidlərindən biridir . Onun haqqında məlumat) tərəfindən edilmiş 11:26, 2 fevral 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Əzim Həsənov ( Həsənov Əzim Fikrət oğlu ; 13 iyun 1998 - 28 Sentyabr 2020 ) —  Azərbaycan Silahlı Qüvvələr əsgəri [1]İkinci Qarabağ müharibəsinin şəhidi[2][3] .

Əzim Həsənov
Fayl:Şəhid Həsənov Əzim.jpg
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Balakən
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Füzuli
Vəfat səbəbi Şəhid
Dəfn yeri Mingəçevir
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Həsənov Fikrət
Anası Həsənova Şəhla
Təhsili Ali
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020-ci ildən
Rütbəsi Əsgər
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı "Cəsur döyüşçü" medalı "Füzulinin azad olunmasına görə" medalı

Həyatı

Həsənov Əzim Fikrət oğlu 13 iyun 1998-ci ildə Balakən rayonunda doğulub. 2004-cü ilin sentyabrında  müvəqqəti məskunlaşdıqları Mingəçevir şəhərində 19 nömrəli məktəbin birinci sinfinə daxil olub. Ailənin ilk və yeganə oğlu olan Əzim, orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub. Univesiteti bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır. Hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq, Paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Sentyabr ayının 27 -də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam edir. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib. "Nə qazimiz, nə şəhidimiz nə olur olsun, düşmən tərəfində qalmasın" - deyirmiş döyüş yoldaşlarına. Bu cümlə son anınadək onun dilində şüara çevrilib. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə  yaralı əsgər yoldaşını xilas edərkən,  düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır. 30 oktyabr günü  Mingəçevir şəhəri Şəhidlər xiyabanında dəfn edilib.

Hərbi İlləri

Müharibə başlayan kimi könüllü olaraq Bakıda xidmət etdiyi hərbi hissədən cəbhədə xidmətə yollanmaq istəyini bildirib. Vətən müharibəsinin ilk günlərindən Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edib. Komandiri atasına oğlunun bir neçə dəfə mühasirəyə düşən zaman özünü və əsgər yoldaşlarını xilas etdiyini bildirib. Amma sonuncu dəfə yaralı əsgəri qurtarmağa çalışan Əzim özü şəhid olub. Atasının ona dediyi sözü tutdu şəhid Əzim Həsənov. İllər öncə Fikrət Həsənov oğluna “Ağdamı sən azad edəcəksən” dedi, Əzim də böyüdü, universiteti bitirdi və hərbi xidmətə yollandı. Atasının dediyi sözü tutdu. Atasının sözü onun yadından çıxmırdı: “Ağdamı sən azad edəcəksən”. Elə buna görə də müharibə başlayan kimi könüllü cəbhə xəttinə yollandı Əzim Həsənov. Vətən Müharibəsinin ilk günlərindən döyüşdə iştirak etdi. Bir neçə dəfə mühasirəyə düşən Əzim özünü və əsgər yoldaşlarını xilas edə bilib. Amma sonuncu dəfə yaralı əsgəri xilas etməyə çalışanda 28.09.2020 də şəhid olub, Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir . 44 gün davam edən Vətən müharibəsi zamanı ordu sıralarında olan soydaşlarımız qələbə üçün döyüşüb, müharibənin tarixinə adlarını yazmağı bacardılar. O qəhrəmanlardan biri də Şəhid Əzim Həsənov oldu. Həsənov Əzim Fikrət oğlu 13 iyun 1998-ci ildə Balakən rayonunda doğulub. 2004-cü ilin sentyabrında  müvəqqəti məskunlaşdıqları Mingəçevir şəhərində 19 nömrəli məktəbin birinci sinfinə daxil olub. Ailənin ilk və yeganə oğlu olan Əzim, orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub.   Əslən Qarabağlı olan Əzimin ürəyi həmişə vətən həsrəti ilə döyünürdü. Vətən eşqi, Vətənpərvərlik onun qanında var idi.  Elə bu həsrətli sevgi ilə o, təhsil aldığı Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən ADU TGT-nin Vətənpərvərlər klubuna üzv olur. Vaxti ilə işğalda olan torpaqlarımızın anım günləri və digər respublika əhəmiyyətli günlərin qeyd olunduğu tədbirlərin həyata keçirilməsində fəal iştirak edib. Gənclər Fondunun maliyyə yardımı ilə keçirilən və bir neçə Universitetində iştirak etdiyi  "Azərbaycançılıq məfkurəsinin gənclərlə təbliği" layihəsində fəal iştirakına görə təşəkkürnamə ilə təltif olunub. Onları klub olaraq yarışda qalib edən, hazırladıqları Bayraq haqqında flaşmob idi. Onun digər təşəkkürnaməsi elə üzv olduğu ADU TGT Vətənpərvərlər deprtamenti tərəfindən verilib. Univesiteti bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır. Hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq, Paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Sentyabr ayının 27 -də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam edir. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib. "Nə qazimiz, nə şəhidimiz nə olur olsun, düşmən tərəfində qalmasın" - deyirmiş döyüş yoldaşlarına. Bu cümlə son anınadək onun dilində şüara çevrilib. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə  yaralı əsgər yoldaşını xilas edərkən,  düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır. 30 oktyabr günü  Mingəçevir şəhəri Şəhidlər xiyabanında dəfn edilib.  "Nədənsə son vaxtlar onun böyük adam olacağı hissi vardı ürəyimdə. Hələ əsgər getməmişdən əvvəl özünə də deyirdim bunu. Oğlumla fəxr edirəm. Bu gün mən bir oğul itirdim, amma tarix daha bir qəhrəman qazandı. Göstərdiyi qəhrəmanlıqla yazılan yeni tarixə onun da töhfəsi oldu. Ölümü adi ölüm olsaydı, yoxluğu ilə barışa bilməzdim. Şəhidlik uca zirvədir. Tək təsəllim də budur" - deyir anası Şəhla Həsənova. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Fikrət Həsənov da oğlu haqqında fikirlərini bizimlə bölüşüb. Onun fikirləri: "Deyirdim, oğul, qocalmışam, torpaqlarımızı, doğma Ağdamımızı qaytarmaq artıq sənə qaldı. Sonuncu dəfə oktyabr ayının 4-ü danışmışdıq. Hər şeyin əla olduğunu, yavaş-yavaş  hədəf doğru irəlilədiklərini deyirdi. Uzun müddət danışa bilmədik. Narahatlıq içindəydik. Axtarmaq üçün Füzuliyə getdik. Xəbər ala bilmədik. Uzun çəkən axtarışdan sonra 22-i şəhid olduğunu öyrəndik. Vətən sağ olsun!" Heç vaxt görmədiyi doğma ata yurdu haqqında atasının danışdığı nağıllarla böyüyən şəhidimiz əzmi, igidliyi sayəsində özü  qəhrəmanlıq dastanı yazdı. Hər kəs kimi onun da arzuları çox idi. Amma ən öndə olanı torpaqları azad edib, ata yurduna qovuşmaq idi. Əzim və Əzim kimi igidlərimizin sayəsində torpaqlarımız azad olundu. Bu gün o, söz verdiyi kimi atasının doğma yurduna qovuşmasına nail oldu. Özü görə bilməsə də... Məzun şəhidimiz Əzim Həsənov ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Hərbi Təltiflər


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzim Həsənov ölümündən sonra "Vətən uğrunda"[4] medalı ilə təltif edildi.

Döyüşdə göstərdiyi qəhrəmanlığa görə İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzim Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə"[5] medalı ilə təltif edildi.

İstinadlar

https://president.az/articles/49511

https://mod.gov.az//images/pdf/529dc1208d8d99ad06e046a0392ba41c.pdf

https://president.az/articles/49098

http://pressaz.az/tag/pressaz-az-s%C9%99hid-%C9%99zim-h%C9%99s%C9%99nov/

https://adu.edu.az/az/xeberler/xeberler/4582.html