Azərbaycanlı Tələbələr və Məzunlar Platforması

Vikipediya saytından
NurAy (müzakirə | töhfələr) (Səhifə "'''Azərbaycanlı Tələbələr və Məzunlar Platforması''' (ASAP, ingiliscə- Azerbaijani Students and Alumni Platform) – 2020-ci il 15 avqust tarixində..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 03:31, 3 fevral 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP, ingiliscə- Azerbaijani Students and Alumni Platform) – 2020-ci il 15 avqust tarixində təsis edilmiş qeyri-hökumət təşkilatı. Təşkilat xarici ölkələrdə təhsil alan tələbələr və artıq təhsilini başa vurmuş gənclər arasında əməkdaşlığın yaradılması hədəfləyir . Təşkilat xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayır.

Təsisi

2020-ci il 15 avqust tarixində Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL), Azərbaycan İtaliya Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlı Tələbələr və Məzunlar təşkilatlarının iştirakı ilə ASAP-ın təsis konfransı keçirilmişdir .

Məqsədləri

  • Tələbə və məzunlar arasında şəbəkələşmənin təmin edilməsi
  • Gənc kadrların karyera inkişafının dəstəklənməsi
  • Təhsilini bitirib ölkəyə qayıdan tələbələrə məzunlar tərəfindən mentor dəstəyinin göstərilməsi
  • Azərbaycan reallıqlarının və mədəniyyətinin dünyada tanıdılması
  • Azərbaycanla, o cümlədən, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Vəzifələri

Xaricdə təhsilini davam etdirən və artıq məzun olmuş azərbaycanlılar arasında vahid platformanın yaradılması, onlar barədə məlumatın elektron bazada toplanması; Diplomatik nümayəndəliklərlə sıx əlaqələrin qurulması və zəruri hallarda xaricdə təhsil alan tələbələrə dəstəyin göstərilməsi; Müxtəlif fövqəladə hallar şəraitində tələbələrin operativ şəkildə məlumatlandırılması və dəstəklənməsi; Xaricdə təhsil alan tələbələrin problemlərinin müəyyən edilməsi və bu problemlərin həll edilməsi məqsədilə rəsmi şəxslərlə mütəmadi görüşlərin təşkil olunması;

Strukturu

Birliyin idarəetmə orqanları aşağıdakılardır: - Ali idarəetmə orqanı olan Ümumi Yığıncaq; - Cari idarəetmə orqanı olan İdarə Heyəti; - İcra orqanı olan Katiblik; - Nəzarət orqanı olan Nəzarət-Təftiş Komissiyası.

Fəaliyyəti

- İkinci Qarabağ müharibəsi dövründə şanlı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurların informasiya müharibəsi meydanında gücləndirilməsi məqsədilə Gənclərin Vahid Platformasının yaradılması - Xaricdə təhsil almış məzunların birbaşa iştirakı ilə Sosial media kanalları üçün xarici dillərdə tarixi faktlara və araşdırmalara əsaslanan kontentlərin formalaşdırılması və sistemli koordinasiyası məqsədilə Dağlıq Qarabağ münaqişəsinə əsaslanan fəaliyyət qrupu yaradılması və beynəlxalq qurumlara və təşkilatlara ölkəmizdə baş verənlərlə bağlı reallığı əks etdirən rəsmi müraciətlərin ünvanlanması - Sığınacaqlardakı mülki əhaliyə, hərbi hospitallara və şəhid ailələrinə yardım etmək məqsədilə aparılan sosial kampaniyalara dəstək - 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanının ziyarət edilməsi və bu mövzuda 20 yanvar şahidləri ilə görüş . - Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dinc əhalinin, xüsusilə də gənclərin və uşaqların qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlanıb . - Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket hücumu nəticəsində dinc əhalinin, o cümlədən 7 yaşlı Aysunun qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlayıb

Əmədaşlıq

- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi - Azərbaycan Respublikası Təhsil Nazirliyi - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi - Azərbaycan Respublikası Gənclər Fondu - Azərbaycan Gənclər Təşkilatları Milli Şurası - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı - Azərbaycan Diaspora Gəncləri - Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi - ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi - Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) - Azərbaycan İtaliya Gənclər Assosiasiyası - Benilüks Azərbaycanlı Tələbələr və Məzunlar Təşkilatı - Macarıstan-Azərbaycan Gənclər Birliyi - Polşada Azərbaycanlı Gənclər Şurası - İsveçrə Təhsilli Azərbaycan Məzunlar Birliyi - Almaniya Azərbaycanlı Tələbələr və Elmi İşçilər Dərnəyi - Fransa Azərbaycanlı Tələbə Assosiasiyası - Rusiyanın Azərbaycanlı Gənclər Birliyi - Ukraynada Azərbaycanlı Gənclər İttifaqı - Norveç Azərbaycanlıları Gənclər Təşkilatı - Buta Azərbaycan Koreya Tələbə Təşkilatı

İstinadlar