Şahin Hüseynli

Vikipediya saytından
89.147.202.130 (müzakirə) tərəfindən edilmiş 07:13, 10 fevral 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Şahin Hüseynli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Beyləqan, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Füzuli
Vəfat səbəbi Şəhid olmuşdur
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Kiçik çavuş
Döyüşlər İkinci Qarabağ Müharibəsi
 • Füzuli döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Şahin Hüseynli (tam adı: Şahin Vaqif oğlu Hüseynli, 4 may 1995; Beyləqan27 sentyabr 2020; Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.[1]

Həyatı

Şahin Hüseynli 4 may 1995-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 2002-2013-cü illərdə şəhər 4 saylı tam orta məktəbdə təhsilini almışdır.

Hərbi xidməti

2013-2015-ci illərdə hərbi xidmətdən keçmişdir. Şahin Hüseynli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə tankçı kimi qatılmış, düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv etmişdir. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar

  1. "Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı" (PDF). mod.gov.az (az.). İstifadə tarixi: 11 yanvar 2021.
  2. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.