Adi üzgəcotu

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 0 sources and tagging 1 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 13:36, 10 fevral 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Adi üzgəcotu (lat. Spirodela polyrhiza) — sugülükimilər fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür. [1][2]

Yayılması

Lənkəran ovalığı (Lənkəran rayonunun Göyşaban kəndi, Mortso gölü), Lənkəran-Muğan (Masallı rayonu – Boradigah çayı), Kür düzənliyi, Naxçıvanın dağlıq hissəsi (Şahbuz Dövlət qoruğu Batabat gölünün sahilyanı zonalarında)[3] [4][5]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—avqust aylarına təsadüf edir. Toxumlarla və vegetativ yolla çoxalır. Kriptofit-hiqrofitdir. Arandan orta dağ qurşağınadək durğun və sakit axan sularda, göllərdə, hündür bitkilər areasında, külək və dalğalardan qorunan yerlərdə təmiz assosiasiyalar, eləcə də Lemna minor və L. Gibba növləri ilə qarışıq assosiasiyalar əməə gətirir. Dərman və çöl quşları üçün qida bitkisidir[3][6]

Qısa morfoloji təsviri

Çoxillik su bitkisidir. Suyun səthində üzən gövdələri tərs –yumurtavari və ya dəyirmi, üst hissədən açıq –yaşıl, alt hissədən qırmızımtıl rngdə, yastı, 5 mm enindədir. Kökcükləri çox sayda, dəstələr şəklindədir. Payızda nohurun dibinə batmış qonur-qırmızı, hər iki tərəfdən qabarıq zoğlar inkişaf edir [3][5][7]

Sayı və tendensiyası

Populyasiyasının təbii bərpası azalır, mənfi iqlim və antropogen təsirlərə həssaslıq müşahidə olunur [8]

Məhdudlaşdırıcı amillər

Qlobal istiləşmə ilə əlaqədar yaranan quraqlıqların nəticəsində körfəz və göllərin suyunun azalması, əhali tərəfindən qida və dərman bitkisi kimi istifadə edilməsi. 

Mühafizə tədbirləri

Xüsusi mühafizə tədbirləri aparılmalıdır. Süni göl və gölməçələrin yaradılması məqsədəuyğundur.  

Sinonimləri:

Lemna polyrrhiza L.

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. http://redbook.az/?options=project&id=Adi%20%C3%BCzg%C9%99cotu[ölü keçid]
  3. 1 2 3 Флора Азербайджана, 1952
  4. Алиев Д.А., 1969
  5. 1 2 Əsgərov A.M., 2005
  6.  Мехтиева Н.П., 2006
  7. Musayev M.Q, 2012
  8. Tərtibçilərin məlumatları.