Anadangəlmə immun sistemi

Vikipediya, azad ensiklopediya
Babaşova Həcər (müzakirə | töhfələr) tərəfindən edilmiş 13:13, 4 mart 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Anadangəlmə (qeyri-spesifik, təbii) immunitet genetik olaraq hər bir bioloji canlı növünə mənsubdur (quyruğun olması və şaquli gəzmək kimi) və irsi olaraq nəsildən nəslə ötürülür.Məhz buna görə, insan heç bir halda, məsələn, it taunu, it isə qonoreya ilə xəstələnə bilməz.Təbii immunitetin fəaliyyəti bir çox müxtəlif mexanizmlər hesabına təmin edilir.Dəri – həm bakteriyalar, həm viruslar, həm göbələklər və həm də digər yad cisimlər üçün demək olar ki, rəfedilməz maneə hesab olunur. Dərini möhkəm divar ilə də müqayisə etmək olar.Məhz buna görə əksər hallarda biz orqanizmimizin yad mikroorqanizmlərlə “görüşünü” sadəcə olaraq hiss etmirik.Onlar ya sadəcə olaraq dərini keçə bilmir, ya da dəridə məhv olurlar.Tər, piy və göz yaşı vəziləri əksər patogen bakteriyalar üçün məhvedici təsirə malik olan xüsusi qoruyucu maddələr ifraz edirlər.Orqanizmin selikli qişaları (burun-udlağın, bronxların, mədə-bağırsağın) – “düşmənlərlə” mübarizənin ön cəbhəsidir.Selikli qişaların sahəsi orqanizmdə təxminən 400 kv.m təşkil edir.Onlar xarici mühitdəki zərərli mikroorqanizmlərə öldürücü təsir edən “lizosim” adlı maddə ifraz edirlər.Selikli qişalarda həmçinin makrofaqlar və A-immunoqlobulinlər də yerləşmişdir. Ona görə də mikroorqanizmlərin selikli qişalarda olması, əlbəttə ki, onlar üçün ölümcül təhlükədir. Ağ ciyərlərdən yüzlərlə m3 hava keçir.Məlum olduğu kimi, hətta ən təmiz havada da minlərlə mikroorqanizmlər və çox kiçik ölçülü müxtəlif hissəciklər (toz, bitki tozcuqları və s.) mövcuddur. Havanın ilkin təmizlənməsi burundan başlayır. Məhz buna görə həkimlər burunla nəfəs alınmasını (ağızla yox!) çox vacib hesab edirlər! Havada olan toz hissəcikləri burunun selikli qişasında saxlanılır və burun seliyi ilə xaric edilir.Havanın təmizlənməsi bronxlarda davam edir. Bronxların daxili epiteli qişasında olan çox xırda kirpikciklərin hərəkəti nəticəsində burada olan selik orqanizmdən xaric edilir. Seliklə birlikdə isə bronxlara hava ilə daxil olunmuş müxtəlif mikroorqanizmlər, toz və s. xaric olunur.Selik bir qədər çox yığıldıqda öskürək baş verir ki, bu da orqanizmin müdafiə refleksidir.Bunun sayəsində tənəffüs yolları mikroblardan daha tez və asan azad olur.Məhz buna görə, mikrobların orqanizmdən xaric edilməsi funksiyasını yerinə yetirmədiyi hallardan başqa, öskürək refleksinin qarşısını almaq olmaz.