Nurgədik qəbristanlığı

Vikipediya saytından
Araz Yaquboglu (müzakirə | töhfələr) (Kateqoriya:Naxçıvan Muxtar Respublikası qəbiristanlıqları silindi; Kateqoriya:Ordubad rayonu qəbiristanlıqları əlavə olundu HotCat ilə) tərəfindən edilmiş 11:24, 11 mart 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Nurgədik qəbristanlığıNaxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dırnıs kəndindən şimalda, eyni adlı çayın sağ sahilində orta əsrlərə aid arxeoloji abidə.

Tarixi[redaktə | mənbəni redaktə et]

Eyni adlı yaşayış yerindən qərbdə, kəndə gedən cığırın üstündə yerləşir. Qəbirlərin əksəriyyətinin yerüstü əlamətləri itmişdir. Qərb-şərq istiqamətində olan qəbirlər torpaqda qazılmışdır. Onların bəzilərinin üzərində yalnız daş yığınları qalmışdır. Baş daşlarının bir qismi adi qaya parçalarından, bir qismi isə yonulmuş daşlardandır. Onlar dördkünc formada yonulmuş, yuxarıda isə tağşəkilli formaya salınmışdır. Baş daşlarının üz tərəfində dördkünc taxçalar və ərəb əlifbası ilə kitabələr oyulmuşdur. Baş daşlarından birinin üzərində hicri 1044 il tarixinə rast gəlinmişdir. Epiqrafik dəlillərə əsasən qəbiristanlığı 15-19 əsrlərə aid etmək olar[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 381.