Şahin Hüseynli
Şahin Hüseynli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Beyləqan, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Füzuli |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ Müharibəsi • Füzuli döyüşləri |
Təltifləri |
Şahin Hüseynli (tam adı: Şahin Vaqif oğlu Hüseynli, 4 may 1995; Beyləqan – 27 sentyabr 2020; Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.[1]
Həyatı
Şahin Hüseynli 4 may 1995-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 2002-2013-cü illərdə Beyləqan rayonu Ramiz Abbasov adına 4 saylı tam orta məktəbdə təhsilini almışdır.
Hərbi xidməti
2013-2015-ci illərdə hərbi xidmətdən keçmişdir. Şahin Hüseynli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə tankçı kimi qatılmış, düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv etmişdir. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[3]
İstinadlar
- ↑ "Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı" (PDF). mod.gov.az (az.). İstifadə tarixi: 11 yanvar 2021.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- 4 mayda doğulanlar
- 1995-ci ildə doğulanlar
- 25 yaşında vəfat edənlər
- 27 sentyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşları
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində həlak olanlar
- Beyləqanda doğulanlar