Aşıq Azər Xanlaroğlu

Vikipediya saytından
Cavadxan1804 (müzakirə | töhfələr) (Səhifə "{{iş gedir}} '''Aşıq Azər Məhərrəmov''' ({{dil-az|''Məhərrəmov Azər Xanlar oğlu'';}}{{DVTY}}) — Azərbaycan aşığı == Həyatı == Azər Məh..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 22:42, 2 aprel 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Aşıq Azər Məhərrəmov (azərb. Məhərrəmov Azər Xanlar oğlu;27 aprel 1983, Tovuz rayonu12 may 2018, Bakı) — Azərbaycan aşığı

Həyatı

Azər Məhərrəmov 27 aprel 1983-cü ildə Tovuz şəhərində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Xanlar Məhərrəmovun ailəsində dünyaya gəlib. Bir çox müsabiqələrin qalibi və laureatı olan Azər Xanlaroğlu son onillikdə ölkəmizdə keçirilən aşıq festivalları və digər rəsmi tədbirlərdəki uğurlu çıxışları ilə geniş tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanıb, dəfələrlə Azərbaycan aşıq sənətini xaricdə, o cümlədən UNESCO səviyyəsində keçirilən tədbirlərdə layiqincə təmsil edib. 2008-ci ildən eyni zamanda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi.[1]

Gənc yaşlarından ustadlıq səviyyəsinə yüksəlib, Türkiyədə, İranda, Gürcüstanda və digər ölkələrdə də tanınmışdır.

Vəfatı

12 may 2018-ci ildə hepatit xəstəliyindən dünyasını dəyişib.[2]

İstinadlar