Moralite

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) (Səhifə "'''Moralite''' ({{lang-fr|Moralité}}) — Qərbi Avropada XV-XVI əsrlərdə yaranmış nəsihətamiz teatr janrı. Moralitenin əsas iştirakçıları insan..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 19:34, 8 aprel 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Moralite (fr. Moralité) — Qərbi Avropada XV-XVI əsrlərdə yaranmış nəsihətamiz teatr janrı. Moralitenin əsas iştirakçıları insanın qəlbinə hakim olmaq uğrunda bir-biri ilə mübarizə aparan, xeyir və şəri təcəssüm etdirən alleqorik personajlardır. Misteriyadan fərqli olaraq, moralitedə xristian əxlaqının təbliğində dini süjetlərdən istifadə edilmirdi. Moralitedə antifeodal tənqidi elementlər, bəzən ictimai satira olurdu.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Моралите // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 58.